Nida.az
Putin Sarkisyana Qarabağın qaytarılmasına mane olmamağı tapşırıb? – Rusiyadan ŞOK PROQNOZ
“Vladimir Putinlə Serj Sarkisyan yenə də bağlı qapılar arxasında Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər. Rəsmi məlumatlarda bu deyilməsə də, belə bir müzakirənin olduğu dəqiqdir. Xüsusilə Sarkisyanın diqqətinə çatdırılıb ki, bu və ya digər arqumentlərlə münaqişənin nizama salınmasında mümkün irəliləməni təxirə salmaq müsbət deyil. Sarkisyanın əsas arqumentlərinə bunlar daxildir: güzəştə gedərsə, bu, onun mövqelərini silkələyəcək, müxalifət və Robert Koçaryan Qarabağ kartından istifadə edəcək”.
Publika.az xəbər verir ki, bu barədə Moskva Dövlət
Universitetinin İnformasiya-analitik mərkəzinin rəhbərinin müavini,
politoloq Andrey Petrov deyib.
“Moskva münaqişənin başqa ölkə tərəfindən həll edilməsini
gözləməyəcək”
Rusiyalı politoloq qeyd edib ki, Sarkisyan bundan narahatdır və
bütün vasitələrlə hakimiyyətdə qalmağa çalışır: “Əgər o,
Qarabağdakı status-kvodan imtina edərsə, onun hakimiyyəti üçün risk
yaranacaq”.
A.Petrov Rusiyanın münaqişənin həllində aktivləşməsini də şərh
edib.
“Fikrimcə, Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ
münaqişəsinin nizama salınmasında aktiv vasitəçi roluna qayıdır. Bu
vasitəçilik Azərbaycan və Ermənistan prezidentlərinin şəxsi
iştirakı ilə xüsusi format halını alıb. Ötən il neft qiymətlərinin
kəskin düşməsi ilə bu format kəsilmişdi. Rusiya şəxsi problemləri
ilə məşğul olmağa, Qərblə iqtisadi münasibətlərə yenidən baxmağa,
Şərqə açılmağa məcbur idi. Bu yaxınlarda prezident Vladimir Putin
Şərq iqtisadi forumunda çıxış edərkən bildirdi ki, Rusiya yeni
şəraitə uyğunlaşdı. Kreml xarici siyasətdə açıq qalan suallara
qayıdacaq və burada əsas məsələlərdən biri də Dağlıq Qarabağ
münaqişəsidir”, - deyə politoloq bildirib.
A.Petrov Azərbaycanın Rusiya üçün ən maraqlı yeni tərəfdaş olduğuna
diqqət çəkib: “Suveren dövlət olan bu ölkə Rusiyaya qarşı duran
güclərin yanında yer almır, güclü hakimiyyətə və inkişaf edən
iqtisadiyyata malikdir. Hansısa siyasi səbəblər Azərbaycanı
Rusiyaya qarşı qoya bilər, qoyulan investisiyalara zərbə vurar.
İqtisadi tərəfdaş kimi Azərbaycan etibarlıdır. Lakin Dağlıq Qarabağ
münaqişəsinə görə investorlar öz maliyyələrini yatırmaqdan bəzən
çəkinirlər. Buna görə də beynəlxalq həyatda aktiv iştiraka üstünlük
verən Moskva çətin ki, hansısa başqa ölkənin Ermənistan və
Azərbaycan arasındakı münaqişəni həll etməsini gözləyəcək”.
“Rusiya öz yüklərini Azərbaycan üzərindən Ermənistana
daşıya bilər”
Politoloqun fikrincə, münaqişə həll olunarsa və regionda sülh əldə
edilərsə, Rusiya öz yüklərini Azərbaycan üzərindən Ermənistana
daşıya bilər: “Halbuki hazırda Rusiyanın strateji müttəfiqi olan
Ermənistan çətin vəziyyətdədir. Münaqişənin mövcudluğu
investorların bu ölkədə təhlükəsizliyini sıfıra endirir. Ermənistan
Avrasiya İttifaqında təmsil olunduğu üçün bu, ittifaq ölkələrinin
ümumi problemə çevrilir. Yəni münaqişənin davam etməsi Rusiyanın
inkişafına da zərərlidir. Təhlükəsiz Azərbaycan və təhlükəsiz
Ermənistanın açarı Dağlıq Qarabağ münaqişəsinin nizama
salınmasındadır”.
“Yaxın vaxtlarda münaqişənin nizama salınması istiqamətində
yeni danışıqların şahidi olacağıq”
Petrov əlavə edib ki, münaqişənin nizama salınması Ermənistanın
özünə sərf etsə də, onun rəhbərliyinin maraqlarına uyğun deyil.
“Bu proses Sarkisyanın hakimiyyətdə qalmasını təmin edir. Güman ki,
bu ziddiyyətlər haqda Rusiya və Ermənistan prezidentləri görüşdə
danışıblar. Əlavə edim ki, müharibə heç bir tərəf üçün əlverişli
deyil. İndiki halda İrəvan öz siyasi gələcəyini riskə atır. Bakıda
da strateji iqtisadi layihələri sual altına qoymaq istəməzlər.
Regionun qaynar nöqtəyə çevrilməsini Rusiya da istəmir. Xüsusilə
müharibənin strateji müttəfiq və etibarlı tərəfdaş arasında baş
verməsi Moskvaya sərf etmir. Buna görə də yalnız diplomatiya yolu
qalır. Lavrov Prezident İlham Əliyevlə görüşdü, Putin də
Sarkisyanla. Güman ki, yaxın vaxtlarda biz Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması istiqamətində yeni danışıqların
şahidi olacağıq”, - deyə ekspert diqqətə çatdırıb.
Onun sözlərinə görə, Rusiya regionda Qərblə qarşıdurmada qalib
çıxmaq istəyir: “Sarkisyan diasporun dəstəyindən asılıdır. Hansı
ki, bu qüvvə ABŞ-da yerləşir. Vaşinqton BMT qətnamələri
çərçivəsində münaqişəni həllinə qərar verəcəksə, diaspordan
istifadə edərək İrəvana təsir etmək imkanlarını da qorumalıdır.
Bundan başqa, ABŞ və Avropa Birliyi türk-erməni sərhədlərinin
açılması məsələsini gündəmə gətirə bilər. Bu zaman Ermənistanın
loyallığı Rusiyanın maraqlarını sual altına qoyacaq. Buna görə də
cari vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması
Rusiya üçün bir nömrəli məsələdir”.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR