Nida.az
Qarabağ iki şərtlə azad olunur – Rusiyadan ŞOK AÇIQLAMA
“Putinlə Sarkisyanın Moskva görüşü bu yaxınlarda
İrəvanda baş qaldıran etirazlara və Qarabağla bağlı Rusiyanın yeni
planlarına həsr olunmuşdu”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı
analitik Vitali Arkov deyib.
Onun fikrincə, Sarkisyan Rusiyanı xalqın etirazları ilə şantaj
etməklə əslində odla oynayır: “Hesab etmək olar ki, budəfəki
etirazlar da İrəvan hökumətində hazırlanıb. Lakin bu dəfə Sarkisyan
nəzarəti itirəcək və bu, onun və administrasiyasının Olimp
zirvəsindən aşağı yuvarlanmasına gətirib çıxaracaq. Fikrimcə,
Gümrüdəki etirazların da, “elektromaydan”ın da rejissoru Serj idi
və o, bununla maliyyə və digər güzəştlər almaq üçün Kremlə təzyiq
edirdi”.
Analitik qeyd edib ki, ortada Rusiyanın Dağlıq Qarabağla bağlı yeni
planı var: “Sergey Lavrovun Bakı səfəri buna həsr olunmuşdu.
Sarkisyan da Moskvada bu planla tanış edildi. Bizim mənbələrə görə,
Qarabağla bağlı planda bunlar var: Ermənistan Laçından başqa digər
əraziləri Azərbaycana qaytarır. Dağlıq Qarabağın statusu sonradan
həll olunur. Ərazidəki bütün ermənilər köçürülür və Bakı onlara
kompensasiya ödəyir. Ərazidə sonra da toqquşmaların olmaması üçün
sülhməramlılar yerləşdirilir”.
V.Arkov iddia edir ki, Rusiya yeni planla münaqişəni həll edir
və Azərbaycanın Avrasiya İttifaqına girişini təmin edir: “Çünki
Azərbaycanı öz yanına çəkmək Rusiya üçün olduqca
əhəmiyyətlidir”.
Ekspertin çıxışından belə aydın olur ki, Rusiya Ermənistanın işğal etdiyi əraziləri iki şərtlə Azərbaycana qaytarır.
Birincisi, münaqişə Bakının xeyrinə və Moskvanın dediyi formada həll olunur.
İkincisi, Azərbaycan bunun qarşılığında
Avrasiya İttifaqına daxil olur.
Asif Nərimanlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO