Səməd Seyidov: “Bütün bunlar onları qorxuya salır”
Bizi izləyin

Nida.az

Səməd Seyidov: “Bütün bunlar onları qorxuya salır”

“Avropa Parlamentinin qəbul etdiyi qətnamə parlamentdə ciddi təhlil olunmalıdır”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, Azərbaycana qarşı aparılan bu cür təxribatçı addımlar pislənilir və buna layiqli cavab verilməlidir. S.Seyidov deyib ki, Avropa Parlamenti Azərbaycandakı seçkilər ərəfəsində tez-tələsik böhtan dolu qətnamə qəbul etməklə öz nüfuzuna böyük zərbə vurub və onlar uzun müddət bunun altından çıxa bilməyəcəklər:

“Qətnamələr, vədlər və digər addımlar ciddi əhəmiyyət kəsb edə bilməz. Tək Azərbaycanın deyil, bütün dünyanın gözü qarsışında onlar müstəqil dövlətə qarşı məsuliyyətsiz addım atdılar. Haqq sözə və sağlam qüvvələrə qulaq asmadan qətnaməni qəbul etdilər. Bunun tək cavabı odur ki, Azərbaycan regionda azad söz sahibinə çevrilib. Eyni zamanda, Azərbaycan öz xalqının maraqları ilə oturub-durmaq və inkişaf etmək iqtidarındadır. İqtidar işğal olunan torpaqları Avropa Parlamentindən dəstək almadan azad etmək gücündədir. Bütün bunlar da onları qorxuya salır.

Qətnamə bizə göstərdi ki, Avropa Parlamenti insan haqlarından istifadə edərək müstəqilliyə zərbə vurmağa çalışdılar. Bir faktı göz önünə gətirim ki, sənədin təşəbbüskarlarından biri Avropa Azad Alyansın deputatları idi. Onlar da vaxtı ilə “Dağlıq Qarabağ” bölgəsində separatçı rejimin bəzi qüvvələrinə üzvlüyə qəbul ediblər. Milli maraqlar və Prezident İlham Əliyevin yürütdüyü siyasət naminə öz sözümüzü deməliyik. Sağlam qüvvələrlə birləşib Avropa Parlament Assambleyasında fəaliyyətimizi dayandırmalıyıq. Bugünkü müzakirələr bir daha göstərəcək ki, ikitərəfli münasibətləri yüksək səviyyədə davam etdirək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm