Nida.az
Azərbaycan “Avronest”dən çıxdı - YENİLƏNİB
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi ilə bağlı qərar qəbul edib.
Publika.az-ın məlumatına görə, qərarda qeyd olunur ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir.
Qərarda o da bildirilir ki, Avropa Parlamenti ötən ilin sentyabr ayında yeni tərkibdə fəaliyyətə başlayandan onun rəhbərliyi üzündən Azərbaycanla əməkdaşlıq baş tutmayıb, Avropa Parlamentinin sədri deputatların Azərbaycana səfərlərinə qeyri-rəsmi qadağa qoyub.
Qeyd edilir ki, qətnamədə Azərbaycana qarşı irəli sürülən tələblər heç bir hüquqi əsasa malik deyil.
Avropa Parlamenti ötən ilin formalaşan yeni tərkibindən sonra
sədrinin qərəzli münasibətinə görə deputatların Azərbaycana
gəlməsinə qadağa qoyulub. Azərbaycanla bu təşkilat arasında normal
dialoq mümkün olmayıb. Avropa Parlamentinin sədri Martin Şults
ələbaxan qrupların fəaliyyətinə göz yumur.
İndi Avropada davam edən mühacir problemi irqçilik və
ksenefobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları
tapdalanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa
məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa
Məhkəməsidir ki, bir müddət əvvəl “Çıraqov qardaşları Ermənistana
qarşı” işlə bağlı qərar qəbul etsə də, hələ də icra edilməyib.
İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə
altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə
ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırırı ki,
insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik
prinsiplərə söykənəcək".
Qərarda daha sonra deyilir: "Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:
- Pozucu fəaliyyətlərə son qoyulsun
- Ölkəmizə qarşı qərəzli kampaniyalardan əl çəksin
- Azərbaycana qarşı konstruktiv addımlar atılsın
- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətinin qarşısı
alınsın
- Azərbaycan nümayəndə heyətinin "Avronest" Parlament
Assambleyasının iclaslarında iştirak edilməsinə son qoyulsun,
fəaliyyəti dayandırılsın
- Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri
ilə bağlı sanskiya tətbiq olunacağı təqdirdə Avropa Parlament
üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun".
Qərar səsə qoyularaq qəbul edilib.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi