Nida.az
Qazaxda və Qubada universitet yaradılsın - Təklif
Bəzən xaricdə təhsil alanlar ölkəyə gələndə dövlətə tamam fərqli münasibət bəsləyirlər. Publika.Az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı Milli Məclisin plenar iclasında hökumətin 2013-cü ildə fəaliyyətinə dair illik hesabatı ətrafında aparılan müzakirələr zamanı deyib.
Millət vəkili deyib ki, xaricdə təhsil almaq önəmli olsa da, bu sahədə neqativ hallar var: "Yaxşı olar ki, tələbələrimiz bakalavr təhsilini ölkəmizdə, magistraturanı xaricdə oxusunlar. Bununla da elmimiz xaricdə daha yaxşı formada çıxar".
Millət vəkili öz hesablarına və imtahansız xarici universitetlərə qəbul olan tələbələrdən də danışıb: "Hazırda bəzi şagirdlərimiz imtahansız Rusiya, Ukrayna kimi ölkələrdə öz vəsaitləri hesabına təhsil alırlar. Həm də ən aşağı universitetlərdə və akkreditasiyadan keçməyən ixtisaslarda. Onlar orada 5 il oxuyur və ya heç oxuya bilmir və yarımçıq təhsil alırlar. Beləliklə də, xaricdə ölkəmizin nüfuzu aşağı düşür. Valideyn də qohum-qonşuya deyir ki, uşağım xaricdə təhsil alır. Diplomsuz ölkəyə gələndə də dövlətə başqa cür münasibət göstərirlər".
Deputat bildirib ki, vətəndaşın istənilən ölkədə təhsil almaq hüququ var və bunu qadağan etmək olmaz. Lakin alternativ qaydalar haqqında düşünməyə dəyər. Bu baxımdan o, maliyyə, texniki və kadr çətinliklərinə baxmayaraq, Şirvan, Şamaxı, yaxud Qubada, həmçinin Mingəçevir və ya Qazaxda universitetlərin açılmasını faydalı hesab edib: "Dağıstan və Gürcüstanda xeyli sayda azərbaycanlıların olduğunu nəzərə alsaq, bu universitetlərin daha çox faydası olar. Artıq bunun zamanı gəlib çatıb. Doğrudur, bu asan məsələ deyil, amma mümkündür".
Asif
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?