• USD 1,7475 0,00% EUR 1,8490 0,00%
    • GBP 2,1933 0,00% RUB 0,0303 0,00%

Araz Əlizadə od püskürdü: “İqbal Ağazadə...”

  • Nida.az
  • 18 Sentyabr 2015 13:22
  • 1 604 Baxış
Araz Əlizadə od püskürdü: “İqbal Ağazadə...”

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə 35 saylı Xətai üçüncü seçki dairəsindən rəqibi olan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin onun barəsində söylədiyi fikirlərə çox sərt reaksiya verib.

A.Əlizadə Publika.az-a açıqlamasında deyib ki, İqbal Ağazadə ona qarşı qara piar aparır: “Mən heç zaman qara piarla məşğul olmamışam. Ancaq mənə qarşı qara piarla məşğul olanları hər zaman ayağımın altına atıb sürümüşəm. İqbal Ağazadə məni hövsələdən çıxarmaq istəyir. Bunlar yenə də eyni üsula əl atırlar. Vaxtilə də mənə qarşı qara piarla mübarizə aparırdılar və prezident seçkilərində gördülər ki, mən kəskin danışan adamam. İndi yenə İqbal Ağazadə buna nail olmaq istəyir. Ona deyirəm ki, İqbal Ağazadə, cavabını alacaqsan, özü də çox təmkinlə. İqbal Ağazadə məcbur etməsin ki… Biz onu 2003-cü il hadisələri ilə əlaqədar həbs olunanda görmüşük...”

Xatırladaq ki, millət vəkili İqbal Ağazadə yenidən namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsindən rəqibi olan ASDP sədri Araz Əlizadə ilə bağlı mətbuata (Qafqazinfo.az) açıqlamasında belə deyib: “Araz Əlizadəni çox ciddiyə alıram. Hesab edirəm ki, o da namizədlərdən biridir, amma mən olmasaydım”. “Araz Əlizadənin şansını necə dəyərləndirirsiniz” sualına isə “Mən Araz Əlizadə üzrə mütəxəssis deyiləm” – cavabını verib.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR