Nida.az
Bakıya qaçan Vaan Martirosyan bəyanat yaydı
Azərbaycanda sığınacaq alan Ermənistan vətəndaşı, “Milli
Azadlıq Hərəkatı” ictimai birliyinin sədri Vaan Martirosyan bəyanat
yayıb.
Həyat yoldaşı Karina Qasparyan tərəfindən də imzalanan bəyanatda
deyilir: “Mən, Martirosyan Vaan Emilyeviç, 1986-cı ildə İrəvanda
anadan olmuşam. Ermənistan vətəndaşıyam. Azərbaycan
Respublikasındakı qeyri-hökumət təşkilatlarından olan dostların və
həmkarlarımın köməyi ilə könüllü şəkildə ailəmlə birlikdə
Azərbaycan Respublikası ərazisinə keçmişəm. Azərbaycanda məni çox
dostcasına və qonaqpərvərliklə qarşılayıblar, Azərbaycan tərəfindən
heç bir təzyiqlə qarşılaşmamışam. Bu hərəkətə səbəb mənim
Ermənistanda ictimai-siyasi, hüquq müdafiəçisi fəaliyyətim olub.
Mən “Milli Azadlıq Hərəkatı” vətəndaş təşəbbüsünün rəhbəri olaraq
Serj Sarkisyanın cinayətkar rejiminə, Ermənistanda hakimiyyətin
total korrupsiya fəaliyyətinə qarşı mübarizə aparmışam. Məhz bu
fəaliyyətə görə mən və hərəkatdan olan digər həmkarlarım son 3 ildə
davamlı şəkildə Ermənistanın hakimiyyət orqanları tərəfindən təqib
və təzyiqlərə məruz qalmışıq. Nəhayət, 12 avqust tarixində Serj
Sarkisyanın yaxın dostu, hakim Ermənistan Respublika Partiyasının
deputatı Mger Sedrakyanın cangüdən və qohumları öz evimdə mənə və
ailəmə hücum ediblər. Hücum nəticəsində mən yaşlı anam və 2 yaşlı
oğlumun gözü qarşısında vəhşicəsinə döyülmüşəm, nəticədə hamilə
həyat yoldaşım uşağımızı itirib. Bundan sonra davamlı şəkildə işi
bağlamaq və mediaya məlumat sızdırmamaq üçün rüşvət təklif ediblər.
Mən bu təklifi rədd etdikdən sonra anama təzyiqlər başlayıb.
Ermənistan İstintaq Komitəsi mənə qarşı müxtəlif saxta cinayət
işləri qaldırıb, saxta şahidlər tapıblar və tibbi məntəqələrini
mənim döyülməyimlə bağlı saxta sənəd hazırlamağa məcbur ediblər.
Bütün bunların nəticəsində həbsdən, repressiyadan, ədalətsiz
məhkəmədən və ailəmin təhlükə altında olmasından qorxaraq, dərhal
Ermənistanı tərk etmək barədə qərar verdim. Mənim məqsədim Serj
Sarkisyanın qeyri-legitim rejiminin cinayətkar mahiyyəti, onun
ətrafı tərəfindən törədilən qanunsuzluqla bağlı Azərbaycan KİV-i
vasitəsilə dünya ictimaiyyətinin, erməni diasporunun və beynəlxalq
ictimaiyyətinin gözünü açmaqdır. Həmçinin onu göstərməkdir ki, bu
rejim düşünülmüş şəkildə Dağlıq Qarabağ münaqişəsindən necə
istifadə edir və Ermənistan iqtisadiyyatının, ordusunun, erməni
xalqının ümumi yaşayışının tənəzzülü hesabına özünün mənfəəti
məqsədilə Azərbaycanın simasında saxta düşmən görüntüsü
yaradır”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu