Müsavat başqanı müavininin müraciəti MSK-da müzakirə olundu
Bizi izləyin

Nida.az

Müsavat başqanı müavininin müraciəti MSK-da müzakirə olundu

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlının MSK-ya müraciəti müzakirəyə çıxarılıb.

Publika.az-ın məlıumatına görə, S.Soltanlı müraciətində deputatlığa namizədliyinin irəli sürüldüyü 50 saylı Abşeron-Qobustan Seçki Dairəsində imzatoplama kampaniyasında təzyiqlərlə üzləşdiyini bildirib.

MSK sədri Məzahir Pənahov qanunvericilyin tələbinə uyğun olaraq müraciətə öncə müvafiq dairə seçki komissiyasında baxılmalı olduğunu bildirib.

Məsələ səsverməyə çıxarılıb və S. Soltanlının müraciətinin aidiyyatı üzrə baxılması üçün 50 saylı Abşeron-Qobustan Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm