MSK və DİN birgə seminara başladı
Bizi izləyin

Nida.az

MSK və DİN birgə seminara başladı

MSK və DİN bu il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən seminar-müşavirələrə bu gündən başlayıb.

Publika.az-ın məlumatına görə, Milli Məclisə seçkilər prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Seminar-müşavirələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin Milli Məclisə seçkilərin keçirilməsi və bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

Seminar-müşavirələr sentyabrın 30-dək davam edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm