Bayram Səfərov: “Martirosyanın son açıqlamaları Ermənistanda cinayətkar rejimin olduğunu ortaya qoydu”
Bizi izləyin

Nida.az

Bayram Səfərov: “Martirosyanın son açıqlamaları Ermənistanda cinayətkar rejimin olduğunu ortaya qoydu”

“Ermənistanın bugünkü rəhbərliyi erməni əhalisinin başına oyunlar açır və bunu bütün dünya yaxşı görür”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Dağlıq Qarabağın Azərbaycanlı İcması” ictimai birliyinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyanın Azərbaycana gəlməsinə münasibət bildirərkən söyləyib.

B.Səfərov deyib ki, Vaan Emilyeviç Martirosyanın dünya dövlətləri arasında məhz Azərbaycana sığınması, xalqımızın mentalitetini, tərbiyəsini nümayiş etdirib: “Erməni pənah yerinin yalnız Azərbaycan xalqında olduğunu gördü. Erməninin Azərbaycana əl uzatması bütün dünyaya və o cümlədən Avropa Parlamentinin sonuncu qərəzli bəyanatına bir mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqını tanımamış onun haqqında iftiralar söyləmək olmaz. Vaan Emilyeviç Martirosyanın son açıqlamaları bir daha Ermənistanda cinayətkar rejimin olduğunu açıq-aydın göstərdi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm