Məzahir Pənahov: “MSK bu məlumatlarla bağlı məsuliyyət daşımır”
Bizi izləyin

Nida.az

Məzahir Pənahov: “MSK bu məlumatlarla bağlı məsuliyyət daşımır”

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Akif Qurbanov Milli Məclisə seçkilərlə bağlı MSK-nın internet saytında tək deputatlığa namizədliyi qeydə alınanlar deyil, həm də deputatlığa namizədliyinin irəli sürülməsi qeydə alınanlar barədə də məlumatlar yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Publika.az-ın məlumatına görə, A.Qurbanov deyib ki, bələdiyyə seçkilərində olduğu kimi namizədliyinin irəli sürülməsi təsdiq edilənlər barədə də MSK-nın internet saytında məlumatların yerləşdirilməsi yaxşı olardı.

Məsələni araşdıran MSK sədri Məzahir Pənahov isə bildirib ki, deputatlığa namizədliyi qeydə alınanlar barədə məlumatlar ətraflı yoxlanıldığı üçün qeyri-dəqiqliyə rast gəlinməsə də, deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqlənənlər barədə məlumatlarda qeyri-dəqiqlik ola bilər. Bununla belə, MSK sədri MSK-nın texniki imkanları tək deputatlığa namizədliyi qeydə alınanlar yox, namizədliyinin irəli sürülməsi qeydə alınanlar barədə də məlumatların yerləşdirilməsinə imkan verdiyini qeyd edib.

MSK sədri bununla bərabər MSK Katibliyinin İnformasiya Mərkəzinə müvafiq göstəriş verib. M.Pənahov deyib ki, sadəcə, deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqlənənlər barədə məlumatlar MSK-nın saytında yerləşdirilərkən xüsusi qeyd də verilsin ki, MSK bu məlumatlarla bağlı məsuliyyət daşımır: “Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının internet saytında tək deputatlığa namizədliyi qeydə alınanlar deyil, deputatlığa namizədliyinin irəli sürülməsi qeydə alınanlar barədə də məlumatlar yerləşdiriləcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm