Həmsədrlərdən bəyanat: “Cəbhə xəttindəki gərginlikdən ciddi narahatıq”
Bizi izləyin

Nida.az

Həmsədrlərdən bəyanat: “Cəbhə xəttindəki gərginlikdən ciddi narahatıq”

ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Ceyms Uorlik, Pyer Andryu və İqor Popov, həmçinin təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bu gün Nyu-Yorkda birgə bəyanat veriblər.

Publika.az xəbər verir ki, bəyanatda Azərbaycan və Ermənistanın mülki ərazilərində minaatanlar və ağır artilleriyadan istifadə ilə əlaqadar ciddi narahatlıq ifadə edilib.

“Bu cür silahlardan istifadə yolverilməzdir və münaqişənin eskalasiyasına gətirib çıxara bilər. Biz həlak olanların ailələrinə başsağlı veririk. Biz tərəfləri mülki əhali arasındakı qurbanlardan qətiyyətlə çəkinməyə çağırırıq”, - vasitəçilər bildiriblər.

Bəyanatda xatırladıb ki, tərəflər Genevrə Konvensiyasına uyğun olaraq mülki şəxslərin təhlükəsizliyini müdafiə etməyə məcburdurlar.

Vasitəçilər təəssüflərini ifadə etdilər ki, bu cür hadisələr Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində baş verir. “Biz gözləyirik ki,nazirlər münaqişənin danışıqlar yolu ilə nizama salınmasına dair ciddi diskussiya aparacaq. Biz qəti şəkildə müəyyən edə bilmirik ki, zorakılıq necə yaranır, çünki tərəflərdən hər biri başqasını ittiham edir. Tərəflər ATƏT-in araşdırma mexanizmi istiqamətində işləməlidir. Bu məsələ prezidentlər arasında da müzakirə edilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm