AXCP-nin qurultayı başladı: Rəsulzadə, Elçibəy... Kərimli – ŞOK FOTO
Bizi izləyin

Nida.az

AXCP-nin qurultayı başladı: Rəsulzadə, Elçibəy... Kərimli – ŞOK FOTO

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bu gün növbəti qurultayı keçirilir.

Publika.az xəbər verir ki, AXCP sədri Əli Kərimli yetərsay olduğu üçün qurultayın keçirilməsini məqbul sayıb. Bundan sonra qurultay öz işinə başlayıb.

Qurultayda 5 nəfərdən ibarət Say və Mandat Komissiyası, 3 nəfərdən ibarət Sədarət formalaşdırılıb.

Qurultay Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilir.

Qeyd edək ki, qurultayda təkcə Milli Şura sədri Cəmil Həsənli iştitrak edir. Müsavat və digər partiyalar tədbirə dəvət edilməyib.

Qurultayda AXCP sədrliyinə iki namizəd – hazırki sədr Əli Kərimli və Rəyasət Heyətinin üzvü Sahib Kərimli var. İddialara görə, S.Kərimlinin sədrliyə namizəd olması “alternativ yaratmaq planı”na uyğun tətbiq olunub. Lakin S.Kərimli Əli Kərimlini bir çox səhvlərinə görə ittiham edərək sədrlik iddiasında israrla dayanıb.

Qurultayda diqqət çəkən məqamlardan biri Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəylə yanaşı, Əli Kərimlinin də fotosunun asılmasıdır. Bu, qurultayın nəticələrinə öncədən təsir etmək kimi dəyərləndirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm