Nida.az
Rəsmi Bakıdan Sarkisyanın Qarabağ iddiasına sərt cavab
“Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistanın
ayrılmaz hissəsidir” bəyanatı Ermənistanın Azərbaycan ərazilərini
işğalının, təcavüzkar dövlət kimi, münaqişədə Ermənistanın daşıdığı
hüquqi-siyasi məsuliyyətin və Ermənistanın əsl simasının növbəti
əsaslı sübutudur”.
Publika.az xəbər verir ki, bu barədə XİN-in mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan rəhbərliyinin 26
sentyabr 2015-ci il tarixli açıqlamasına münasibətdə bildirib.
Onun sözlərinə görə, BMT Baş Assambleyasının 70-ci sessiyası və
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin
həlli ilə əlaqədar Nyu-Yorkda danışıqların aparıldığı dövrdə
Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin pozulması və
ərazilərinin ilhaq edilməsinə dair bu cür məsuliyyətsiz bəyanatı
beynəlxalq hüquq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələri, danışıqlar prosesi və beynəlxalq ictimaiyyətə
qarşı hörmətsizliyin, özbaşınalıq və cəzasızlıq sindromunun ən
ifrat nümunəsidir.
XİN sözçüsü qeyd edib ki, bu bəyanat açıq şəkildə beynəlxalq
hüquqi və siyasi məsuliyyət ehtiva edir.
“Azərbaycan tərəfi dəfələrlə bəyan edib və təkzibolunmaz faktlarla
sübut edib ki, Ermənistanın münaqişənin həlli prosesində iştirakı
yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi
daşıyır, rəsmi Yerevanın hədəfi Azərbaycan ərazilərinin ilhaqı və
işğala əsaslanan mövcud status-kvonu saxlamaqdan ibarətdir.
Ermənistanın kriminal hərbi diktatura rejimi işğal olunmuş
ərazilərdə qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi,
Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xətti boyunca
intensiv şəkildə atəşkəsin pozulması və mülki Azərbaycan əhalisinin
hədəfə alınması kimi təxribatçı əməlləri ilə münaqişənin danışıqlar
yolu ilə həlli prosesini pozmaq siyasətini davam etdirir. Eyni
zamanda ümumxalq iğtişaşı və siyasi, iqtisadi və maliyyə böhranı
ilə üzləşən Ermənistanın hərbi xunta rejimi cəbhə xəttində
vəziyyəti gərginləşdirməsi ilə ölkə ictimaiyyətini xof içərisində
saxlamaq və kəskin ölkədaxili problemlərdən diqqəti yayındırmaq
kimi məqsədlər güdür. Təəssüflər olsun ki, ikili standartlardan
çıxış edərək münaqişə ilə verilən bir sıra bəyanatlar təcavüzkar
dövlət və işğala məruz qalan dövlət arasında fərq qoymur, konkret
ünvanlı xarakter daşımır, münaqişənin köklü səbəblərinə varmır,
Ermənistanın siyasi rəhbərliyinin avantürist və məsuliyyətsiz
siyasətinə beynəlxalq hüquqi qiymət vermir və yalnız simptomatik
xarakter daşıyır”, - deyə o vurğulayıb.
H.Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikası ərazilərinin
işğalı ilə heç zaman barışa bilməz:
“Münaqişə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri
daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll
edilməlidir. Əks təqdirdə, beynəlxalq səviyyədə tanınmış sərhədləri
daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan
Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların
istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan
Respublikasının üzərinə düşəcəkdir”.
Asif
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO