İlham Əliyev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinin etimadnaməsini qəbul edib.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. İkitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm