“Sovet İttifaqı Teleqraf Agentliyi” bərpa olunur - VİDEO
Bizi izləyin

Nida.az

“Sovet İttifaqı Teleqraf Agentliyi” bərpa olunur - VİDEO

“Sovet İttifaqı Teleqraf Agentliyi” bərpa olunur

Rusiyanın dövlət informasiya agentliyi “İTAR-TASS” adını Sovet İttifaqı Teleqraf Agentliyi kimi dəyişmək istəyir. Modern.az-ın xəbərinə görə, “Rossiyskaya qazeta” yazıb ki, bu haqda “İTAR-TASS”ın 110 illiyinə hazırlıq üzrə təşkilat komitəsində təşəbbüs irəli sürülüb.

İndi “İTAR-TASS” adlanan agentlik 1902-ci ildə Ticarət-teleqraf agentliyi kimi “Ticarət-sənaye” qəzetinin bazasında yaradılıb və Rusiyanın ilk dövlət teleqraf agentliyidir. O vaxt Maliyyə Nazirliyinə tabe olub. İlk məlumat 1902-ci il dekabrın 30-da (17) verilib. 1904-cü ildə başlayan rus-yapon müharibəsindən siyasi və hərbi məlumat əldə etmək üçün adını dəyişib Sankt-Peterburq Teleqraf Agentliyi qoyublar. 1909-cu il dekabrın 31-dək Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərib. 1910-cu il yanvarın 1-dən Nazirlər Sovetinin tərkibinə verilib. 1014-cü ildən Petroqrad Teleqraf Agentliyi, 1918-ci ildən Rusiya Teleqraf Agentliyi kimi fəaliyyət göstərib.

TASS – SİTA - Sovet İttifaqı Teleqraf Agentliyi 1925-ci il iyulun 10-da SSRİ Xalq Komissarları Sovetinin və Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə Rusiya Teleqraf Agentliyinin bazasında yaradılıb. İttifaq respublikalarının hər birində agentliyin qurumları, o cümlədən də Azərbaycanda “Azərinform” fəaliyyət göstərib.

Həmin qurumun əsasında 1992-ci ildə Rusiya prezidenti Boris Yeltsinin fərmanı ilə Rusiya İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS) təsis olunub.

Publika.Az SİTA-nın gerçək məqsədləri haqda videosüjet təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm