“Ali Baş Komandan vəzifəsi sizin istedadınıza görə deyil” – İstefaya çağırış
Bizi izləyin

Nida.az

“Ali Baş Komandan vəzifəsi sizin istedadınıza görə deyil” – İstefaya çağırış

“Ali Baş Komandan vəzifəsi sizin istedadınıza görə deyil” – İstefaya çağırış

Ukraynanın keçmiş müdafiə naziri Anatoli Qritsenko parlament sədri və prezidentin səlahiyyətlərinin müvvəqqəti icraçısı Aleksandr Turçinovu istefa ərizəsini yazmağa çağırıb.

Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi xəbərə görə, keçmiş müdafiə naziri A.Turçinovu qərarsızlıq və fəaliyyətsizlikdə ittiham edib.

“Sizə özünüzə də aydındır ki, Ali Baş Komandan vəzifəsi xüsusən indiki ekstremal şəraitdə sizin istedadınıza görə deyil. Bəyanatda üzrlü səbəbi (xəstəlik, psixoloji yorğunluq və ya ailə şəraiti) göstərin. Ali Rada da müraciətinizi dəstəkləyəcək”, - A.Qritsenko yazır.

Qeyd edək ki, bu gün Kremldə Krım Muxtar Respublikası və Sevastopol şəhərinin Rusiyanın tərkibinə daxil olması barədə razılaşma imzalanıb. Rusiya prezidenti ümumxalq referendumun nəticələrinə - “xalqın iradə”sinə söykəndiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm