• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Baş nazir prezidentin necə ifşa olunacağını açıqladı: “Vaxtı gələndə...”

  • Nida.az
  • 23 Mart 2014 09:03
  • 1 258 Baxış
Baş nazir prezidentin necə ifşa olunacağını açıqladı: “Vaxtı gələndə...”

Baş nazir prezidentin necə ifşa olunacağını açıqladı: “Vaxtı gələndə...”

Ədalət və İnkişaf Partiyasının (AKP) Hatay vilayətində keçirdiyi seçki mitinqində Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın çıxışında yenidən dinləmə iddialarından danışılıb.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir ölkədəki etibar mühitini pozmaq istədiklərini bildirib.R.T.Ərdoğan Türkiyənin inkişafını dayandırmağa çalışanların olduğunu da dilə gətirib:

“Əxlaqsızcasına hücumlara başladılar. Bunların birincisi Reyhanlıda həyata keçirildi. Əlli üç qardaşımızı şəhid verdik. Hataydan bəzilərinin də bu hücumda iştirak etdiyini müəyynləşdirdik, bu xəyanət bizi yaraladı. CHP-yə müraciət etdik. CHP rəhbərliyinin zalım Əsədin, onun qatillərinə nədən simpatiyası olduğunu sizlər də yaxşı bilirsiniz. Əsədə dəstək verən CHP eyni hərəkətləri başqa şəhərlərdə də edir. İstanbul, Adıyaman və Malatyanın küçələrini qarışdırmaq üçün əllərindən gələni edirlər. Hazırda bu CHP-nin yanında başqa müttəfiqlər də var: MHP, BDP, məlum media və bir də Pensilvaniya. Ən yaxın yoldaşının Pensilvaniyadakı şəxs haqqında söylədiklərini eşitdinizmi? Telefonlarımızı dinləyən, insanların şəxsi həyatlarını izləyənlərdən alim olarmı?”

”Hazırda bir baş naziri, prezidenti və nazirləri məhkəmə qərarı olmadan dinləyə bilməzsiniz. Bu adamlar prezidenti də dinləyirlər. Amma bunu şərh etmirlər. Niyə? Məlumatları toplayaraq vaxtı gəlində açıqlayacaqlar. Bunlar montajcı, bunlar saxtakar, bunlar şəbəkədir. Bunların terror təşkilatından fərqi yoxdur”, - baş nazir söyləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR