İlham Əliyev Əfqanıstana Novruz bayramına gedir?
Bizi izləyin

Nida.az

İlham Əliyev Əfqanıstana Novruz bayramına gedir?

İlham Əliyev Əfqanıstana Novruz bayramına gedir?

Bu həftənin cümə axşamı - martın 27-də Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq Novruz mərasimləri keçiriləcək.

Virtualaz.org saytı xəbər verir ki, İranın FARS agentliyi bu mərasimdə Azərbaycan prezidentinin də iştirakının gözlənildiyini bildirir.

Xəbərə görə, İran prezidenti Həsən Ruhani Novruz mərasimlərində iştirak etmək üçün Kabilə səfər edəcək. Həmçinin Azərbaycan, Hindistan, Türkiyə, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstan rəhbərlərinin də mərasimə qatılacağı gözlənilir. Əgər Azərbaycan prezidenti bu mərasimlərə qatılsa, ölkə rəhbəri ilk dəfə Əfqanıstana səfər etmiş olacaq. Yada salaq ki, Əfqanıstanın xarici işlər naziri bu günlərdə Bakıda səfərdə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm