Minsk qrupuna qarşı aksiya
Bizi izləyin

Nida.az

Minsk qrupuna qarşı aksiya

Minsk qrupuna qarşı aksiya

Martın 24-də Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü ATƏT-in Bakı ofisi qarşısında Minsk qrupunun buraxılması tələbi ilə aksiya keçirib. “Media forum” saytına verilən məlumata görə, aksiyada QAT sədri Akif Nağı və digərləri çıxış edərək Minsk qrupunun 22 ildir mənasız fəaliyyət göstərdiyini, ermənipərəst mövqe tutduğunu, işğalın nəticələrini aradan qaldırmağa deyil, qoruyub saxlamağa çalışdıqlarını bildiriblər.

Qeyd olunub ki, Rusiyanın özü işğalçı və ermənipərəstdir, ABŞ erməni lobbisinin təsiri altındadır, Fransa isə ermənilərin hamisidir. Belə olan halda bu üç ölkənin həmsədrliyinin davam etdirilməsi absurd və Azərbaycana qarşı təhqirdir.

Aksiya iştirakçıları Azərbaycan, ingilis, rus dillərində “Qarabağa azadlıq!”, “22 illik Minsk qrupuna bəsdir deyirik!”, “Minsk qrupunun ermənipərəst fəaliyyətinə son!” və digər plakatları qaldırıb, “Rədd ol!” şüarları səsləndiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm