Hər zaman bərabər olacağıq - Jirinovski Krım tatar dilində danışır - Video
Bizi izləyin

Nida.az

Hər zaman bərabər olacağıq - Jirinovski Krım tatar dilində danışır - Video

Hər zaman bərabər olacağıq - Jirinovski Krım tatar dilində danışır - Video

Publika.Az xəbər verir ki, Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Krım üçün mahnı oxuyub. O, "Rosiyya-1" kanalının efirində "Voskresennıy veçer" (Bazar axşamı) adlı verilişdə qonaq olub. Verilişin əsas müzakirə mövzusu isə Ukraynanın tərkibindən çıxaraq, referendumla Rusiyaya birləşən Krım olub. Verilişdə iştirak edən Jirinovski deyib ki, rus məmurları Krım tatarlarının həssaslığını nəzər almalı ,Baxçasaraya gedib onlara tatar diloində müraciət etməlidir.

Sonra o efirdən tatarlara türk dilində müraciət edib. “İndi Krım tatarlarına müraciət edirəm. Daima dostluq, sülh və barış içərisində yaşamalıyıq. Hər zaman bərabər olacağıq. Başqa çarə yoxdur".

LDPR sədri daha sonra türk sənət musiqisi bəstəkarı və sənətçisi olan Suat Sayının Krım haqqında yazdığı "Sevəməz kimsə səni mənim qədər" mahnısından bir hissə sitat gətirib.

“Krım, sevəməz kimsə səni mənim sevdiyim qədər. Sən olmasan bu həyat nəyə yarar?!".

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm