Müsavatın sirlərini kim yayır?
Bizi izləyin

Nida.az

Müsavatın sirlərini kim yayır?

Müsavatın sirlərini kim yayır?


Müsavat gənclərinin Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq bu ölkənin Azərbaycandakı səfirliyinin qarşısında keçirdikləri aksiya partiya daxilində gərginlik yaradıb. Belə ki, aksiyanı təşkil edən gənclər Müsavat Gənclər Təşkilatının üzvlərini aksiyada iştirak etmədiyi üçün qınayıblar. Cavid Hacıbəyli isə deyib ki, bu məsələ Müsavat Divanında müzakirə olunub və partiya rəhbərliyindən GT-yə xəbərdarlıq olub.Lakin GT üzvləri bunu təkzib ediblər və C. Hacıbəyliyə məlumatların Divan üzvü Tural Abbaslı tərəfindən ötürüldüyünü iddia ediblər.

Qeyd edək ki, hazırda müsavatçı gənclər ikiyə bölünüb. Bir tərəfdə GT-nin hazırki rəhbərliyi, digər tərəfdə isə GT-dən çıxarılan gənclər, eləcə də yeni rəhbərliyi qəbul etməyənlərdir. GT-nin yeni rəhbərliyinin Müsavat icra aparatının rəhbəri Arif Hacılıya, digərlərinin isə Tural Abbaslıya bağlı olduğu deyilir. Bütün bu baş verənlərin isə Arif Hacılı-Tural Abbaslı qarşıdurması olduğu iddia edilir.

Tural Abbaslı isə Publika.Az -a açıqlamasında heç bir məlumat ötürmədiyini, ümumiyyətlə, belə bir şeyin mümkünsüz olduğunu deyib. Bildirib ki, o, hər adı çəkildiyi məsələyə münasibət bildirmək istəmir: “Mənim adımı çəkə bilərlər. Burda böyük bir qəbahət görmürəm”.

T. Abbaslı sözügedən məsələnin partiya Divanında müzakirə edildiyini deyib.“Partiyanın istənilən aksiyası Divanda müzakirə olunur. Həmçinin bu aksiya da müzakirə olunub. Lakin bunlar partiya daxili məsələlərdir. Ona görə də mətbuata çıxartmaq olmaz”-deyə o qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm