Ərinizi atıb Suriyaya gəlin - Azərbaycanlı qadınlara müraciət
Bizi izləyin

Nida.az

Ərinizi atıb Suriyaya gəlin - Azərbaycanlı qadınlara müraciət

Ərinizi atıb Suriyaya gəlin - Azərbaycanlı qadınlara müraciət



Suriyada döyüşən azərbaycanlı mücahidlər qadınları döyüşməyə çağırdı.
Publika.Az xəbər verir ki, mücahidlərin saytında bu barədə təbliğat materialları yerləşdirilib.

Materiallarda Allahın adına istinad edərək bunun vacib olduğu deyilir. Daha sonra vəhhabi alimi İbn Mülakkının bu sözləri yayımlanır: “İslam ölkələrindən din uğrunda müharibələrə hicr etmək (köçmək, burda qoşulmaq mənasında-red) vacibdir. Bu məsələdə alimlər eyni fikirdədirlər. Hətta qadınlara valideynləri və ərləri icazə verməsə də”.

Vəhhabi “imamı” Ən-Nəvavi isə bu barədə deyir: “Alimlər o fikirdə yekdildirlər ki, məhrəmsiz Həccə və Umrəyə səfər etmək yaxşı deyil. Amma qeyri-müsəlman torpaqların tutulmasında bu, başqa cürdür. Əgər bu varsa məhrəmsiz də ora getmək olar”.

Bundan başqa valideynlərin icazəsi olmadan din uğrunda döyüşlərə qatılmaq məsələsi ortaya atılır və qeyd edilir ki, Allah valideynlərə xeyirxah olmağı vəziyyət edir.
“Əgər onlara sənə qarşı çıxmağa başlayacaqlarsa, sən dinindən üz döndərmən və onlara tabe olma”-deyə bildirilir.

Məqalədə müsəlman qadınlar din uğrunda döyüşə çağırılır. Əgər valideynləri və həyat yoldaşları icazə verməsə, qarşı çıxsa onlara tabe olmamaq tövsiyə olunur. İddia olunur ki, Suriyada gedən döyüşlər din uğrunda cihaddır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm