Nida.az
“Qaz müharibəsi”ndə Qarabağ faktoru: daha bir sirr açılır
Türkiyənin “Habertük” qəzeti Dağlıq Qarabağda aprel
müharibəsi və son dövrlər baş verənləri enerji amili kontekstində
şərh edib.
Publika.az xəbər verir ki, “Azərbaycan və
Ermənistan arasında müharibədə enerji hansı yeri tutur?” sualını
şərh edərək, Rusiyanın bu müharibədə maraqlı olduğunu yazıb:
“Rusiya təcrid etmə siyasətinə qarşı tədricən sərt reaksiyalarını
göstərməyə başlayıb. BMT-nin Krımın statusunu qəbul etməməsi
fonunda Rusiyanın Avropaya qaz satmağı çətinləşir. Hansı ki, Rusiya
hazırda “Şimal axını - 2” layihəsi üzrə Avropaya qaz çatdırmaları
uğrunda mübarizə aparır. Brüssel isə Azərbaycan, İsrail və Cənubi
Kipr kimi alternativlərə baxır. Burada ABŞ-ın son zamanlar Cənub
Qaz Dəhlizi layihəsinə diqqətinin artması xüsusi qeyd olunmalıdır.
Layihə artıq bəyənilib və üzərində iş gedir. Bu fakt Rusiya üçün
ciddi narahatlıq yaradır. Eyni zamanda, Rusiya İsrail, yaxud Cənubi
Kipr qazının gündəmə gəlməsini istəmir. Məlumdur ki, Rusiya
banklarının Cənubi Kiprdə böyük aktivləri var. Moskva bu amildən
istifadə edərək, Cənubi Kipr və Yunanıstanı öz orbitinə çəkir.
Proseslərin analizi Rusiyanın qlobal enerji siyasətinə dəyişiklik
etmək üçün Qarabağda müharibəyə maraqlı olduğunu deməyə əsas verir.
Lakin müharibə region üçün tamamilə əlverişsizdir”.
Qəzet onu da əlavə edib ki, Minsk qrupunun üzvləri – ABŞ, Rusiya
və Fransa Qarabağ münaqişəsini istənilən vaxt həll edə bilərlər:
“Çünki onlar münaqişəni öz aralarında artıq ticarət predmetinə
çevirib”.
Asif
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı