Nida.az
Asim Mollazadə: “Təhlükə qarşısında NATO ilə yaxınlaşmaq mümkündür”
“Rusiya və digər təhlükə qarşısında NATO ilə yaxınlaşmaq
mümkündür”.Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim
Mollazadə Publika.Az -a açıqlamasında NATO-nun Rusiya ilə
əməkdaşlığı dayandırması və post-sovet ölkələri ilə daha dərdin
əməkdaşlıq etmək niyyətində olmasına münasibət bildirərkən
deyib.
Lakin millət vəkili qeyd edib ki, hansısa regional təhlükəsizlik birliyi olmadığına görə NATO-ya üzv olmayan ölkələr müvafiq problemlərlə üzləşib: “Mənə elə gəlir ki, NATO da bu sistemlə ölkələri öz təhlükəsizlik sisteminə qəbul etməkdən də çəkinir. Burda müəyyən avroatlantik əməkdaşlıda da problemlər var. Bu da NATO-nun genişlənməyə hazır olmadığı ilə bağlıdır. Hazırda NATO-nun genişlənməklə bağlı hər-hansı qərar yoxdur. Bu məsələ ilə bağlı Gürcüstan və Ukraynada referendum keçirildi, lakin NATO bu ölkələri qəbul etmədi. Söhbət əməkdaşlıqdan və bunun genişlənməsindən gedir”.
A. Mollazadə bildirib ki, Azərbaycan NATO il çox şaxəli
əməkdaşlıq aparır. Onun sözlərinə görə, bu əməkdaşlıq Avropa
Birliyi ilə Şərq Tərəfdaşlığı çərçivəsində daha da genişlənir:
“Hansısa yeni əməkdaşlıq məsələləri olsa, biz bundan məmnunuq. Amma
NATO genişlənməyə hələ hazır deyil və bununla bağlı yeni qərarlar
da yoxdur. Biz düşünürük ki, söhbət çox şaxəli əməkdaşlıqdan və
silahlı qüvvələrin NATO standartlarına yaxınlaşması ilə bağlı ortaq
məqamların həyata keçirilməsindən gedir. Azərbaycan da bu
istiqamətdə uzun illərdir əməkdaşlıq edir. Bu əməkdaşlığın
genişlənərsə, Azərbaycan bundan yalnız məmnun olar”.
Komitə üzvü vurğulayıb ki, 2008-ci ildə Buxarest sammitində Ukrayna
və Gürcüstana “yox” cavabı veriləndən sonra bu ölkələri problemləri
daha da artdı.
“Bu baxımdan, ən düzgün siyasət Azərbaycan tərəfindən aparılır.
Azərbaycan anladı ki, NATO buna hazır deyil və belə cəhdlərin davam
etməsi kənarda qıcıq yaradır. Ona görə də Azərbaycanın əməkdaşlıq
və tərəfdaşlıq nəznində münasibətləri nə qıcıq yaradır, nə də boş
yerə bağlı olan qapıları döymür”-deyə millət vəkili bildirib.
A. Mollazadə hesab edir ki, NATO ilə əməkdaşlığın bir forması da
GUAM ilə aparıla bilər: “Azərbaycan GUAM çərçivəsində təhlükəsizlik
sahəsində əməkdaşlığı artırmağa- terrorla mücadilə, sərhədlərin
qoruması istiqamətində əməkdaşlığın güclənməsinə çağırıb. Mənə elə
gəlir ki, Azərbaycan GUAM-NATO əməkdaşlığına hazırdır. Bu
istiqamətdə əməkdaşlığı artırmaqla bağlı təkliflər olub. NATO buna
hazırdırsa, GUAM çərçivəsində də əməkdaşlıq edə bilərik”.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu