Nida.az
KXCP-dən Pənah Hüseynin ideyasına münasibət
“Ümummilli müqavimət hərəkatı təkcə müxalifətdən ibarət ola
bilməz”.Bu barədə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri
Mirmahmud Mirəlioğlu Publika.Az -a açıqlamasında Xalq Partiyasının
sədri Pənah Hüseynin Rusiyaya qarşı ümumxalq müqavimət hərəkatının
yaradılmasına münasibət bildirərkən deyib.
M. Mirəlioğlu bu ideyanı dəstəklədiyini deyib və qeyd edib ki,
ümummillidirsə, bütövlükdə millətini düşünən, dövləti uğrunda
mübarizə aparan, Vətəni üçün çalışan hər kəs bir arada olacaq: “Bu
hərəkatda istisnasız olaraq iqtidar və müxalifət bir arada olacaq.
Yalnız o zaman ölkəni təhdid edən istənilən təhlükəni rədd etmək
mümkündür. Bu, birmənalı şəkildə belədir”.
M. Mirəlioğlu qeyd edib ki, Rusiya Azərbaycan üçün özünü qorxu
və vahimə olduğunu göstərmək istəyir.
“Amma vahimənin içində ən çox qorxan özü də Rusiyanın özüdür.
Rusiyanın özü üçün daha böyük qorxulu gələcək var, nəinki onun
özünün qorxutduğu ərazi və coğrafiyalar üçün. Rusiya öz gələcəyini
sual işarəsi altına qoyan odla oynamaqdadır. Bu od ancaq özünü
yandıracaq, kənarda heç kəsi”-deyə o bildirib.
Asif
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq