Sarkisyandan qaçan ermənidən Publika.az-a ŞOK SÖZLƏR: Unutmayın ki... – FOTOLAR/ÖZƏL
Bizi izləyin

Nida.az

Sarkisyandan qaçan ermənidən Publika.az-a ŞOK SÖZLƏR: Unutmayın ki... – FOTOLAR/ÖZƏL

“Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində 20 ilə yaxındır ki, vətənimdən didərgin düşmüşəm. Bunun əsas günahkarları Robert Koçaryan və Serj Sarkisyan rejimləri olub”.

Bu fikirləri Strasburqda Publika.az-ın əməkdaşı ilə söhbəti zamanı bu şəhərdə yaşayan Ermənistandan olan səfil Vardan Miqranyan bildirib.

O, Ermənistandakı acınacaqlı vəziyyətə görə ölkədən qaçdığını söyləyib: “Hazırda mənim kimi yüzlərlə erməni Strasburqda və Avropanın digər şəhərlərində sığınacaq tapıb. Onların hamısı normal şəraitdə iş tapa bilmirlər. Hazırda Avropada mənim kimi səfil vəziyyətinə düşən ermənilər çoxdur. Bütün bunların günahkarı Ermənistan hakimiyyətidir. Bizə müharibə lazım deyil. Necə ki, biz Sovet İmperiyası dövründə Azərbaycan xalqı ilə mehriban şəraitdə yaşayırdıqsa, bundan sonra da bu cür yaşaya bilərdik. Müharibənin hakimiyyətdə olan şəxslər istədi və buna nail oldu”.

Vardan Miqranyan ötən əsrin sonlarında Bakıda olduğu günləri də xatırladıb: “Bakı mənim üçün əziz şəhərdir. Cavan vaxtımda Bakıda çox olmuşam, bu şəhəri çox sevirəm. Deyilənə görə, indi Bakı çox dəyişib. Çox istərdim ki, Bakıda yenə də olum”.

Erməni səfil Serj Sarkisyana da müraciət edib: “Ermənistan rəhbərliyində olan şəxslərə müraciət edib deyirəm ki, daha bəsdir ki, günahsız insanları müharibənin qurbanı etdiniz. Son qoyun bu müharibəyə, hakimiyyətdə daim deyilsiniz, gec-tez əməllərinizə görə cavab verəcəksiniz. Unutmayın ki, Ermənistan əhalisi sizə nifrət edir”.

Qeyd edək ki, Vardan Miqranyan bizə müsahibə verməyə razı olsa da, əlindəki spirtli içkinin ictimailəşdirilməməsini istəyib.

Vasif Həsənli – Strasburq,

Fotolar müəllifə məxsusdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm