• USD 1,7001 0,00% EUR 2,0859 +0,47%
    • GBP 2,3449 +0,38% RUB 0,0302 +0,66%

Özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardım ayrıldı

  • Nida.az
  • 12 May 2016 18:40
  • 371 Baxış
Özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardım ayrıldı

Prezident İlham Əliyev Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasını gücləndirmək məqsədilə Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>