Nida.az
Nazir şəhidin medalını oğlunun sinəsinə taxdı - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.aqz-a verilən
məlumata görə, mayın 16-da Azərbaycanın Müdafiə Nazirliyində rəhbər
heyətin iştirakı ilə ölümlərindən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adı verilmiş bu hərbi qulluqçuların ailə üzvlərinə
şəhidlərin "Qızıl Ulduz" medalları təqdim edilib.
Təqdimetmə mərasimində çıxış edən Müdafiə naziri general-polkovnik
Zakir Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı
verərək, onların qəhrəmanlığı qarşısında baş əydiyini diqqətə
çatdırıb. O, igidlərimizin şəhidlik zirvəsinə ucalmaqla yeni tarix
yazdıqlarını, Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi
olaraq xalqımızın yaddaşında qalacaqlarını vurğulayıb.
Şəhidlərimizin qisasının alındığını və bundan sonra da alınacağını,
onların qanının yerdə qalmayacağını bildirən nazir Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin
qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın düşmən
işğalından mütləq azad olunacağını xüsusi qeyd edib.
Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik
Z.Həsənov "Azərbaycanın Milli Qəhrəmanı" adının vəsiqəsini
polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə
Mirzəyevaya təqdim edib və "Qızıl Ulduz" medalını şəhidin yeddi
yaşlı oğlu Nurlanın yaxasına sancıb.
Sonra Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanova
"Qızıl Ulduz" medalı və vəsiqəsi təqdim edilib.
Milli Qəhrəmanlarımızın ailə üzvləri Fizzə Mirzəyeva və Gülağa
İmanov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və
Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edərək Vətənin
müdafiəsinin hər şeydən vacib olduğunu, əzizlərinin şəhidlik
zirvəsinə ucalması ilə qurur duyduqlarını vurğulayıblar.
Bildirilib ki, şəhid qanına boyanan əzəli və əbədi torpaqlarımız
Azərbaycan Silahlı Qüvvələri tərəfindən tezliklə işğaldan azad
olunacaq və o zaman əzizlərinin şəhid ruhları dinclik
tapacaqdır.
Mərasimin sonunda xatirə şəkli çəkdirilib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR