Nida.az
Afinada Azərbaycana qarşı MƏXFİ ANLAŞMA
Rusiya prezidenti Vladimir Putinin mayın 28-də
Yunanıstana nəzərdə tutulan səfəri ilə bağlı maraqlı məlumatlar
yayılıb.
Publika.az xəbər verir ki, hər şey təbii qaz
məsələsi ilə bağlıdır.
Qeyd edək ki, Avropanın enerji təhlükəsizliyi üçün Rusiya qazına
alternativ mənbə kimi Azərbaycan qazı götürülür. Hazırda Cənub Qaz
Dəhlizi layihəsinin inşası istiqamətində işlər sürətlə aparılır.
Bir neçə gün öncə Yunanıstanın Salonik şəhərində Cənub Qaz Dəhlizi
layihəsinin ikinci hissəsi olan TAP boru kəmərinin təməli
qoyuldu.
Bu layihənin həyata keçirilməsi Rusiyanın Avropanın qaz bazarında hegemonluğuna son qoyacaq. Moskva bu perspektivi gözə alaraq indiyə qədər bir çox həmlələr edib. Yunanıstanda solçu Çipras hökumətinin Kremllə yaxınlığı da Azərbaycan qazının Avropaya çıxışına qarşı əsas əngəllərdən hesab olunur. 2015-ci ildə solçu hökumət Rusiya ilə də anlaşmaya getmək üçün müəyyən addımlar atırdı. Lakin rəsmi Afinanın Avropa Birliyinə qarşı çıxması nəticədə ölkənin iflas həddinə çatmasına səbəb oldu. Bundan sonra Çipras hökuməti qaz məsələsində Kremllə əməkdaşlığı arxa plana keçirdi.
Yayılan məlumatlar isə Yunanıstanın solçu hökumətinin Kremllə
gizli qaz anlaşmasına getdiyini göstərir.
Türkiyə kəşfiyyatına istinadən bu dəqiqələrdə yayılan
informasiyaya görə, Yunanıstandakı Ayanoruz Rus Monastırında Afina
ilə Kreml arasında gizli anlaşma imzalanacaq. Bu anlaşma
Yunanıstan-Bolqarıstan boru xətti (İGB) il bağlıdır.
Məlumata görə, Kremlin ideoloqu hesab olunan Aleksandr Duqin
hazırda Ayanoruz Rus Monastırındadır.
Asif
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?