"Yaxşı ki, sən daha çox danışmırsan" - Oqtay Əsədov
Bizi izləyin

Nida.az

"Yaxşı ki, sən daha çox danışmırsan" - Oqtay Əsədov

"Yaxşı ki, sən daha çox danışmırsan" - Oqtay Əsədov

Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. Publika.Az xəbər verir ki, cari məsələlərin müzakirəsi zamanı Etibar Hüseynov çıxış edib. Deputat deyib ki, sosial mediada təxribatla üz-üzə qalıb: “Neçə gündür ki, mənim çıxışım konteksdən çıxarılaraq yayılır, insanları qıcıqlandırırlar. Mən üç gündür ki, mətbuata və TV-lərə müsahibə vermirəm. Amma buna baxmayaraq adımdan açıqlamalar verilir. Guya mən deyirəm ki, qarabağlılar Suriyada müharibədə iştirakı öyrənsinlər. Mən elan edirəm ki, çıxışım zamanı heç bir təhqirim olmayıb. Yeganə etiraf edirəm ki, çıxışım zamanı bir qədər ehtiyatlı olmalıydım. Mən çıxışım zamanı əgər kiminsə qəlbinə dəymişəmsə, üzr istəyirəm. Hesab edirəm ki, bu, böyüklük əlamətidir. Eləcə də istintaq bitməyənə qədər bu haqda açıqlama verməyəcəyəm”.

Spiker Oqtay Əsədov: “Yaxşı ki, sən daha çox danışmırsan. Mən dünən intizam komissiyasının sədri ilə birgə Etibar Hüseynovu qəbul etdim, o, səhvini etiraf etdi. Millət vəkillərindən xahiş edirəm ki, bu məsələni şişirtməsinlər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm