• USD 1,7001 -0,01% EUR 2,0000 -0,14%
    • GBP 2,2421 -0,52% RUB 0,0297 0,00%

"2015-ci il dövlət büdcəsinin icrası haqqında" layihə qəbul olundu

  • Nida.az
  • 31 May 2016 14:55
  • 317 Baxış
"2015-ci il dövlət büdcəsinin icrası haqqında" layihə qəbul olundu

"Azərenerji" ASC-nin borcu 1 milyard manata yaxınlaşır və bu, artıq düşündürücü rəqəmdir".

Publika.az xəbər verir ki, bunu Milli Məclisinin bu gün keçirilən plenar iclasında "2015-ci il dövlət büdcəsinin icrası haqqında" layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bildirib.

Millət vəkili əlavə edib ki, SOCAR Gürcüstanın yaşayış məntəqələrini aktiv şəkildə qazla təchiz etsə də, Azərbaycanın bəzi kəndləri hələ də qazsızdır: "Elə kəndlərimiz var ki, 90% qazlaşdırılıb, işlər yarımçıq saxlanılıb. Bu işləri yarımçıq saxlamaq olmaz".

Deputat son vaxtlar artan oğurluq hallarına da toxunub və bununla bağlı həmkarlarına xəbərdarlıq edib: "Maliyyə naziri Samir Şərifov devalvasiya baş verən zaman ictimaiyyətə müraciət etdi və dedi ki, pullar evdə saxlanılmasın, əks halda oğurlanacaq. Elə də oldu. Son günlər sosialyönümlü oğruların sayı artıb. Oğrular az qala parlament üzvlərinin də evinə girir. Ehtiyatlı olun!"

Büdcə vəsaitlərinin mənimsənilməsinə toxunan Z.Oruc qeyd edib ki, bu istiqamətdə mübarizəyə kompleks yanaşmaq lazımdır: "İdarəetmədə və strukturda dəyişikliklər olmalıdır. Bizim Satınalmalar üzrə Dövlət Agentliyi adlanan qurumumuz var. Onun harada yerləşdiyini bilən varmı?!"

Əflatun Amaşov bildirib ki, informasiya müharibəsi dövlət üçün də önəmli olduğu üçün maliyyə baxımından KİV-ə daha çox diqqət ayrılmalıdır.

Deputat Qənirə Paşayeva isə bildirib ki, turistik sahəyə daha çox diqqət ayrılmalıdır: "Mövcud iqtisadi durumda ölkəyə turist axınına töhfə verilməlidir. Xüsusilə, qardaş Türkiyədən gələnlər üçün hava limanında sadələşdirilmiş viza qaydaları tətbiq etsək daha yaxşı olar".

Deputat həmçinin deyib ki, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu iyunun 2-də Almaniya Bundestaqında uydurma erməni soyqırımı məsələsinin səsverməyə çıxarılması ilə bağlı alman həmkarlarına müraciət etməlidir. Onun sözlərinə görə, verilən açıqlamalar onu deməyə əsas verir ki, Bundestaqda bu məsələ ilə bağlı hansısa ciddi addımların atılması gözlənilir: "Mən təklif edirəm ki, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvləri alman həmkarlarına müraciət edərək bu prosesin qarşısını almağa çağırsın. Müraciətdə bildirilməlidir ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və belə bir qərarın Bundestaqda qəbul edilməsi bu ölkənin münaqişənin həllindəki mövqeyinə zərbə vuracaq. Ona görə, belə bir qərarın qəbul olunmasının qarşısı alınmalıdır".

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>