Nida.az
Rusiyanın yeni siyasəti azərbaycanlıları "vuracaq" -Təhlil
Cənubi Qafqaz və Orta Asiya ölkələrinə qarşı sərt məhdudiyyətlərin tətbiq edilməsinin tərəfdarları Azərbaycanın adını əlahiddə mənfi şəkildə hallandırır
Rusiyaya özünün miqrasiya siyasətində köklü dəyişikliklər etmək lazımdır ki, ölkə ərazisinə yalnız Rusiyaya mədəni cəhətdən yaxın olan ölkələrdən peşəkar miqrantların gəlməsi təmin edilsin və,əksinə, Cənubi Qafqaz və Orta Asiyadan gələnlərin sərt şəkildə qarşısı alınsın. Bunun zərurəti 5 səbəblə əsaslandırılır.
İnterAz-ın verdiyi xəbərə görə, Rusiyanın nüfuzlu “Nezavisimaya
qazeta” qəzeti ekspert rəylərini toplayaraq yuxarıda qeyd olunmuş
mülahizəni 5 səbəblə əsaslandırır.
Nəşrin bildirdiyinə görə, birinci səbəb ondadır ki, Orta Asiya
ölkələri Rusiyanı yüksək səviyyəli işçi qüvvə ilə təmin edə bilməz.
Bu ölkələr Sovet dövründə arxaik zamanlardan çıxıb, lakin SSRİ
süqut etdikdən sonra onlar inkişaf edə bilməyib yenidən arxaik
dövrə tez bir zamanda qayıdıblar.
Rusiyalı təhlilçilərinin göstərdiyi ikinci səbəb ondan ibarətdir
ki, Mərkəzi Asiya ölkələri Əfqanıstandan olan narkodillerlərin
tranzit kimi istifadə etdiyi regiondur: məhz MDB-nin 5 Orta Asiya
ölkələri ərazisindən Əfqanıstandan Rusiyaya gətirilən narkotik
maddələrin 25% daxil olur. Bunu mümkün edən hal Tacikistanla
Əfqanıstanın arasındakı dövlət sərhədinin faktiki olaraq mövcud
olmamasıdır. Belə durum isə sərhədi mühafizə edən rusiyalı
hərbçilərin 2005-ci ildə Tacikistanı tərk etməsindən sonra yaranıb.
Hal-hazırda isə Tacikistan vətəndaşlarına sərbəst gediş-gəliş haqqı
verən Rusiyanın Əfqanıstanla heç bir sərhədi yoxdur.
Üçüncü səbəb. Təhlilin əvvəlində Cənubi Qafqaz ölkələrindən
ümumi danışılsa da, məhz bu səbəbin açıqlanmasında Azərbaycanın adı
əlahiddə mənfi şəkildə hallandırılır. “Cənubi Qafqaz ölkələri”
dedikdə Ermənistan və Gürcüstanın adları heç bir yerdə hallanmasa
da, Azərbaycanın adı ayrıca göstərilərək Orta Asiyadan olan
miqrasiya müstəvisində mənfi mənada təqdim olunur. Nəşrin yazdığına
görə, “Rusiyanın Azərbaycan və Orta Asiya ölkələri ilə dərin mədəni
fərqlərin olması səbəbindən bu ölkələrdən irimiqyaslı kiqrasiya
Rusiya ərazisində etno-mədəni anklavların yaranmasına gətirib
çıxarır. Bu isə öz növbəsində miqrantlarda yerli cəmiyyətə
inteqrasiya olmaq stimulunun azalması və ya olmaması ilə
nəticələnir. Anklavların yaranmasının isə nəyə gətirib çıxara
biləcəyi Moskvanın Qərbi Biryulevo rayonunun misalı əyani şəkildə
göstərir: burada de-fakto Azərbaycan gettosu yarandığından həmin
rayon kəskin millətlərarası münaqişələrin baş verdiyi yerə
çevrilib”.
Dördüncü səbəb. Orta Asiya ölkələrindən Rusiyaya gələn
qastarbayterlərlə yanaşı onların ailələri də gəlir. Bunun
nəticəsidir ki, miqrantların övladlarının Rusiya ümumtəhsil
ocaqlarına ciddi axını müşahidə olunur. Məsələn, Moskvada miqrant
ailələrindən olan uşaqlar şagirdlərin ümumi sayının artıq 10
faizini təşkil edir. Rus dilini bilmədiklərindən bu uşaqlar bir çox
hallarda məktəb proqramının mənimsənilməsində böyük çətinliklərlə
rastlaşırlar. “Bundan əlavə, Orta Asiyanın kişlaklarında tərbiyyə
almış uşaqlar başqa məişət mədəniyyətinin daşıyıcılarıdırlar və
belə bir durum siniflərdəki vəziyyətə mənfi təsir edir”, - deyə
məqalə müəllifi bildirir.
Beşinci səbəb. Orta Asiya ölkələrindən olan miqrantların axını
Rusiya səhiyyə sistemi üçün ağır bir yükə çevrilib. Rusiya
qanunlarına görə, təcili tibbi yardım xidməti istənilən pasientin
xidmətində durmalıdır – onun tibbi sığortasının olub-olmamasına
baxmayaraq. Nəticədə Moskva vilayətində təcili tibbi yardıma
müraciət edənlərin yarısı qastarbayterlərdir ki, onlara yardım
göstərməyə gedən həkimlər bir qəpik belə almırlar, halbuki “03”
xidmətinin əməkdaşlarının maaşları birbaşa olaraq xidmət
göstərdikləri və mütləq şəkildə sığortası olan insanların sayından
asılıdır. Bu sahədə mövcud olan digər ciddi bir problem Asiya
ölkələrindən olan qadınlardır ki, dünyaya uşaq gətirmək üçün
məqsədyönlü şəkildə Moskvaya gəlirlər.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, Rusiyanın maliyyə nazirliyi 2016-cı ildən “ana kapitalının” verilməsini dayandıracaq, çünki miqrant ailələrindən olan çoxuşaqlı ailələrə verilən vəsaitin həcmi get-gedə artmaqdadır. Onu da xatırladaq ki, cari ilin fevralında Rusiya hökuməti miqrantları işlə təmin edənlər özləri əmək miqrantlarını yaşayış yeri və tibbi yardımla təmin etsinlər. Eyni zamanda Dövlət Dumasına təqdim olunan qanunvericilik layihəsinə görə, Rusiyaya vizasız (yəni, postsovet ölkələrindən) gələn miqrantların işə götürülməsi ciddi şəkildə çətinləşdiriləcək və bunun yerinə yetirilməsi üçün lazım olan tələblər sərtləşdiriləcək.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı