• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“2 saat əyləncə üçün 20 rəqqasəni soyundurub oynadanlar ” – Partiya sədri yazdı

  • Nida.az
  • 6 Aprel 2014 20:30
  • 2 917 Baxış
“2 saat əyləncə üçün 20 rəqqasəni  soyundurub oynadanlar ” – Partiya sədri yazdı

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev öz “Feysbuk” səhifəsində maraqlı bir status paylaşıb. Publika.Az həmin statusu təqdim edir.

Son günlər Azərbaycan mətbuatında harın məmur övladlarına qarşı başladılmış olan ifşa kampaniyasını birmənalı şəkildə, hətta dörd əlli dəstəkləyirəm… Çünki artıq başqa yol yoxdur! Çünki nəhayətində kimsə belələrinə dur deməli, onları tərs şapalağa qonaq etməlidir! Çünki öz valideyni tərəfindən islah oluna bilməyənlər, enində-sonunda hansısa formada islah olunmağa məhkumdur! Çünki haqqında söhbət gedən, eyni zamanda pambıq içində böyüyən həmin qudurğanları, “mama- papa uşaqları”nı bir gün hansısa güc, təpki, qınaq ayıltmalı və onların küt beyninə bir məlum həqiqəti yeritməli idi ki :–“Siz bu cəmiyyətin ən iyrənc, ən mundar məxluqatlarısınız! Ata hesabına, pul hesabına,vəzifə hesabına layiq olmadığınız yerlərdə qərar tutanlarsınız! Sözün həqiqi mənasında “qaqulik”lərsiniz”!

Amma digər tərəfdən də qınamıram həmin kəsləri. Niyə qınamıram? Ona görə ki, həmin “gülməşəkər” balalar ömürlərində bir dəfə də olsun metro, avtobus üzü görməyiblər! 4 il dərsə eyni ayaqqabı, eyni kostyum, eyni gödəkcə ilə gedənlərdən xəbərsizdirlər!

Həftənin sonunda bir dönər ala bilmək üçün evdən verilən pula 5- 6 gün qənaət edən kasıb balaları haqqda məlumatlı deyillər! Yaxşı bəs belə olan halda bu binəvalar dünyada nə baş verdiyinin fərqinə necə varsınlar?! Ömrü boyu ata üzü, valideyn tərbiyəsi görməyən sərsəmlər bəsirət gözlərini necə açsınlar?!

Dünən dostlarımızdan biri nəql elədi: Demək, hörmətsiz məmurlarımızdan birinin dayısı oğlu(?!) yaxınlarda kasıb qonşularından birinin toy məclisinə təşrif buyurub. Gəlişindən 10 dəqiqə sonra isə hay-küy salıb ki, “Bu nə stoldu, bu nə yeməkdi? Niyə menyu zəifdİ? Tez, mənim oturduğum masanı bahalı təamlarla doldurun. Pulunu özüm verəcəm..!”

Nə deməkdir bu?! Nə əxlaqdır bu? Nə səviyyədir bu?! Və ya, sadə, kasıb, öz alın təri ilə övladına toy edən birinin məclisində bu cür yekəbaşlıq eləmək üçün görəsən nə qədər alçaq, mənəviyyatsız, qudurğan olmaq gərəkdir ?!

…Hələ ofisant söyənlərdən, şəhərin mərkəzində 100 min manatlıq mərclə “Ralli”yarışı keçirib bir ailənin qətlinə, faciəsinə fərman verənlərdən, həftə sonu restoranlarda 2 saatlıq əyləncə üçün 20 rəqqasəni eyni vaxtda yarıya qədər soyundurub oynadanlardan, günün günorta çağı kiməsə ard-arda 5 güllə atIb lotuluq edənlərdən, o boyda qalmaqaldan sonra sürdüyü maşının şüşəsinə 100-lük “plyonka” vurub sağa-sola şütüyənlərdən danışmıram heç…Siyahı uzundur, ona görə! Yazdıqca bitməz, bu səbəbdən!

Yaxşı bəs kimdir onlar?! –Görməmişlər! Sözün əsl mənasında- Görməmişlər!

Bu harınlar vəsf edəcək başqa ifadə tapa bilmirəm…

***

Demək ki, Cənab Prezidentin məlum müşavirədə bəzi məmurlara (və onların ailələrinə) xitabən söylədiyi fikirlərdən, elədiyi xəbərdarlıqlardan nəticə çıxarmayanlar, eyni zamanda dövlət başçısının bütün fəaliyyəti boyu sərgiləmiş olduğu insanpərvər siyasəti gözdən salmaq, mövcud iqtidara qarşı insanlarda kin hissi yaratmaq üçün əlindən gələni əsirgəməyənlər bu gün də ortalıqda var! Üstəgəl yetərincədir!

Belələrininsə vayına oturmaq lazımdır! Onları saatbasaat, günbəgün rəzil eləmək lazımdır! Bu harınlara yaşadıqları bütün həyatı haram etmək lazımdır! Həm də gecikmədən…

Xəbər lenti

DAHA ÇOX XƏBƏR