• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Fərhad və Rafiq Əliyev qardaşları Azərbaycanı tərk etdi - ÖZƏL

  • Nida.az
  • 9 Aprel 2014 16:21
  • 5 037 Baxış
Fərhad və Rafiq Əliyev qardaşları Azərbaycanı tərk etdi - ÖZƏL

Ötən il prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı olan “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev martın sonunda Londona gediblər.

Publika.Az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, hazırda da Fərhad və Rafiq Əliyevlər xaricdədir: “Onların Azərbaycana nə vaxt qayıdacağı isə hələlik bəlli deyil”.

Mənbə onu da bildirib ki, hazırda Fərhad Əliyevin oğlu Londonda təhsil alır: “Odur ki, Fərhad Əliyev tez-tez Londona oğluna dəyməyə gedir. Bundan əlavə, Əliyev qardaşları Avropada biznes fəaliyyəti ilə də məşğul olur”.

Xatırladaq ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı olan “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunublar.

Onu da bildirək ki, qardaşlar Novruz bayramı ərəfəsində qısa müddətdə ölkədə olublar.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR