İlham Əliyevin İrana rəsmi səfəri yerli mətbuatda - VİDEO, FOTOLAR
Bizi izləyin

Nida.az

İlham Əliyevin İrana rəsmi səfəri yerli mətbuatda - VİDEO, FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Həsən Ruhaninin dəvəti ilə aprelin 9-da İrana rəsmi səfəri yerli mətbuatın diqqət mərkəzindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Həsən Ruhaninin dəvəti ilə aprelin 9-da İrana rəsmi səfəri yerli mətbuatın diqqət mərkəzindədir.

İranın rəsmi İRNA agentliyi və “İRİBNews” televiziya kanalı dövlətimizin başçısının “Mehrabad” hava limanında bu ölkənin rəsmiləri tərəfindən qarşılanması, “Səadabad” sarayında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi, həmkarı Həsən Ruhani ilə görüşü və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında üç anlaşma memorandumu və bir sazişin imzalanması mərasimindən geniş xəbər və reportajlar veriblər.

Dövlət başçılarının ikitərəfli əlaqələrin perspektivləri ilə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi apardıqları vurğulanır. Azərbaycan Prezidentinin İrana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ olacağı da qeyd edilir.

“Aftabnews” və” Bultannews” internet qəzetlərində yer almış xəbərlərdə də İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış sənədlərdən söhbət açılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri qonşu ölkənin “Mehr” və “Fars” xəbər agentlikləri, “Tehran Times” və digər mətbuat orqanları tərəfindən də geniş şəkildə işıqlandırılıb. Dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin zəruriliyinə dair bəyanatı bütün mətbuat orqanlarında yer alıb.

İran Prezidenti Həsən Ruhaninin isə “regiondakı problemlərin, o cümlədən Qarabağ məsələsinin beynəlxalq normalar və ədalət çərçivəsində həll olunmasına var gücümüzlə hazırıq və regionda coğrafi sərhədlərin dəyişdirilməsi qəbul edilməzdir” sözləri rəsmi Tehranın mühüm bəyanatı kimi verilib.

KİV-lərdə mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi və iki ölkənin vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılması üçün lazımi işlər görüləcəyinə, habelə Xəzər dənizinin hüquqi statusu sahəsində görüləcək işlərə dair dövlət başçılarının fikir mübadiləsi apardıqları da bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm