• USD 1,7001 0,00% EUR 2,1108 -1,08%
    • GBP 2,3855 -0,76% RUB 0,0301 -0,33%

Bakıda dünyanın dağılmasının qarşısı necə alındı?

  • Nida.az
  • 8 Avqust 2016 13:00
  • 4 644 Baxış
Bakıda dünyanın dağılmasının qarşısı necə alındı?

Sən demə, çoxarvadlılıq kişinin yenilməzliyinin təsdiqi imiş. Şərqli kişinin qadına meylliliyinin tarixi hələ eramızın ilk yüzilliklərinə qədər gedib çıxır. Hakimiyyət və seksin vəhdəti, əri yanında olmayan qadınların məcburi nikaha girməsi, ümumi qadınlar və intim həyatın saydıqca bitməyən elementləri dünyamızın əsas parçalarından biridir.

Bunu XXI əsrdə oxucularımız da təsdiqlədi. Yəni seks həyatın bir parçasıdır. Ötən həftə Publika.az-ın təqdim etdiyi materiallar arasında oxucuların əsas maraq dairəsinə düşən xəbərlərdən biri məhz keçmişdə mövcud olmuş "inanılmaz adətlər" oldu. (http://publika.az/p/145154).

Tarixə baxanda görürük ki, sivilizasiyanın ən qəbuledilməz, ən qəribə və müasir insanın qəbul edə bilməyəcəyi adətlər var imiş.

Yəqin ki, Roma imperiyasının məhz əxlaqsızlıq üzündən dağıldığını, Pompey şəhərinin seksə görə viran qaldığını, qədimdə mövcud olduğu deyilən sivilizasiyasının kişi-qadın münasibətlərinin pik həddinə çatdığı üçün süqut etdiyini bilirsiniz. Fikrimizcə, bizim oxucular kifayət qədər intellektuala sahibdir, bütün bu sadalananların səbəbləri var. Lakin bir məsələdən yəqin ki, xəbərsizdirlər...

"…Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu…".

Söhbətin Nuh tufanından getdiyi məlumdur. Rəvayətlərə görə, dünyada zəlzələ olur, daşqınlar başlayır və yer üzünü su bürüyür. Və Nuh peyğəmbərin gəmisi insanlar da daxil olmaqla bütün canlılardan yalnız bir cüt götürməklə yol çıxır (http://publika.az/p/145585). Onun harada quruya çıxdığına dair müxtəlif iddialar var. Birinə görə Azərbaycanın Naxçıvan ərazisində, digərinə görə Şimali Qafqaz dağlarında (http://publika.az/p/145454) peyda olan Nuhun gəmisi yeni sivilizasiyasını, yəni bugünkü dünyamızın başlanğıcını yaradırlar. Amma Roma imperiyasının dağılması, Pompeyin viran olması, qədim sivilizasiyanın itkin düşməsi məntiqi bir iddianı da gündəmə gətirir: Nuh tufanı niyə olmuşdu? Ola bilərmi ki, Nuhdan öncəki sivilizasiyada da qadın-kişi münasibətləri öz "intibah" dövrünü yaşadığı üçün qiyamətin zamanı çatmışdı?

Bu suallar cavabsızdır. Amma bir məsələ haqda fərziyyə irəli sürmək mümkündür ki, indi yaşadığımız dünya da deyəsən, sona doğru gedir.

... Artıq biz yaza, sizlər oxuya bilməyəcəksiniz. "İmmuniteti gücləndirməyin yollarını tapa bilməyəcəyik" (http://publika.az/p/145655), Zaurun həyat yoldaşının şok sözlərini də eşitməyəcəyik (http://publika.az/p/145268), Xoşqədəmin qədəmlərini də görməyəcəyik (http://publika.az/p/145634), sevgilər öləcək, xəyanətlər uçqunlar altında qalacaq, siyasət maraqsız olacaq, hamımız onun taleyini yaşayacağıq (http://publika.az/p/145794)...

... Artıq siz də hazırlaşın. Boğçalarınızı yığın, səyahətlərinizi təxirə salın, pullarınızı maksimum dərəcədə xərcləyin, dostlarınızla halallaşın və.... ölməyə hazırlaşın.

Bunu biz demirik. Dünyada dağılan sivilizasiyaların təcrübəsi və bir də oxucularımız deyir. Əgər oxucular bir xəbərə çox maraq göstərirsə, deməli nəsə olacaq. Bu dəfə fəlakətin qoxusu gəlir.

"Azərbaycanda ərli qadın başqasına qoşulub qaçıb" (http://publika.az/p/145747). Sizcə bu nə deməkdir. Dünyanın sonu deyilmi? Axilles Yelenaya görə ölmədimi, Troya müharibəsi ona görə başlamadımı? Artıq dünyanın sonudur deyə bilərik.

... Lakin oxucularımızın sözügedən xəbərə kütləvi şəkildə axınını izləyənə qədər belə düşünürdük. Xəbəri oxuyanda isə ürəyimiz yerinə gəldi. Belə ki, ərli qadın başqasına qoşulub qaçarkən qohumları tərəfindən taksidə tutulur və geriyə, ər ocağına qaytarılır.

Rahat nəfəs ala bilərsiniz, yenə planlarınızı qurun, səyahətlərə çıxın, özünüzü sındırıb küsdüyünüz adamla da barışmayın. Çünki dünya dağılmaqdan xilas oldu. Özü də doğma Bakımızda. Dünyamızı xilas edən o gəlinin qohumlarına da təşəkkür edirik. Ərə də deyirik ki, arvadını bir də qaçmağına səbəb olmasın. Yoxsa arvad evdən qaçdısa, ər onu qaytara bilmədisə, artıq qədim sivilizasiyaların dağılma səbəbləri gündəmə gələcək və bunun də axırı yaxşı olmur.

İmkan verin yaşayaq. Ərəbləri Azərbaycana gətirək (http://publika.az/p/145759), məşhurların öldükdən sonra çəkilən fotolarına baxıb ağlayaq (http://publika.az/p/145277), Putinin balıq ovuna, Ərdoğanın vurduğu qollara feyziyab olaq (http://publika.az/p/145755), Allahı inkar edən ateistin başına gələnləri oxuyub təəccüblənək (http://publika.az/p/145388), keşiş Paisiyin öncəgörmələrini oxuyub bir az da məzələnək (http://publika.az/p/145632).

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>