Dünya
Hamını ağladan QƏRAR: Paralimpiyaçı oyunlardan sonra həyatına son verəcək - FOTO
Belçikalı paralimpiyaçı atlet Marieke Vervoort Paralimpiya Oyunlarından sonra evtanaziya ilə həyatına son verəcək.
Publika.az xarici mediaya istinadən xəbər verir
ki, 37 yaşlı Marieke Vervoort, müalicəsi mümkün olmayan xəstəliyin
verdiyi ağrılara dözə bilmədiyi üçün belə bir qərar qəbul edib.
2012-ci il London Paralimpiya Oyunlarında əl pedallı velosiped ilə
100 metr məsafəyə yarışda qızıl medal qazanan Vervoort, hal-hazırda
həyata bağlanmaq üçün tək səbəbinin Paralimpiya Oyunları olduğunu
deyib. O bildirib ki, səhəttində ciddi bir dönüş olmazsa ölkəsində
qanuni olan evtanaziya ilə həyatına son verəcək.
Orqanizmi yeniləmə xüsusiyyətini itirdiyi üçün ağrıları hər gün
daha da artan qadın idmançı yas mərasimi ilə bağlı vəsiyyətini də
açıqlayıb:
“Öldükdən sonra yas mərasimimdə tort verilməsini istəmirəm. Yasıma gələnlər məni xatırlamaq üçün bir qədəh şampan içsin, yetər”.
-
MDB12:00Dəniz döyüşləri böyüyür: Ukrayna tankeri belə vuruldu - VİDEO
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə
-
MDB11:30Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Sağlamlıq09:37Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi
-
MDB08:24Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
-
ABŞ08:00ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi
































