“Bakıda erməni kilsəsi sivil şəkildə qorunur”- Pakistan mediasında Azərbaycan
Bizi izləyin

Nida.az

“Bakıda erməni kilsəsi sivil şəkildə qorunur”- Pakistan mediasında Azərbaycan

“Bakıda erməni kilsəsi sivil şəkildə qorunur”- Pakistan mediasında Azərbaycan

Diaspor Jurnalistləri Birliyi xarici KİV-lərdə Azərbaycan həqiqətlərinin təbliği işini davam etdirir.

DJB təmsilçiləri Fuad Hüseynzdə və Rəşad Bədirlinin həmmüəllifliyi ilə “Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı” adlı növbəti məqalə Pakistanın dövlət qəzeti “Daily Parliament Times”da nəşr olunub.

Birliyin sədri Fuad Hüseynzadə Publika.Az -a deyib ki, məqalədə bu gün Azərbaycanın dünyada məscid, kilsə və sinaqoqun üçünün bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri olduğu qeyd olunur: “Qubada avropalılara, hətta Avropa Şurasının prezidentinə 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini göstərəndə heyrətləniblər.

Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilib və tanınıb.

Bunun bariz nümunəsi 2002-ci ilin mayında Roma-katolik Kilsəsinin sabiq başçısı II İohann Pavelin Azərbaycana etdiyi tarixi səfəridir. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar”.

Yazıda bildirilir ki, Azərbaycan dövləti tərəfindən yalnız İslama aid deyil, digər dinlərə məxsus abidələr də bərpa edilib qorunur: “Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində təkcə keçmişinə hörmətindən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər və mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmin olunması qeyri-mümkündür.

O da qeyd edilməlidir ki, bu gün Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, nəticədə bir milyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşaması, işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır”.

Məqalədə həmçinin bu gün Azərbaycanda işğalı həyata keçirən millətin dini abidələrinin də qorunduğu bildirilir: “Bakıda olan “Qriqori Lusavoriç” erməni kilsəsi dövlətin mühafizəsinə götürülüb. Ermənilər abidələrimizə vandalizm siyasəti həyata keçirdiyi halda, Azərbaycanda erməni kilsəsi bərpa edilərək sivil şəkildə qorunur”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm