Nida.az
ABŞ mətbuatı: "Ərdoğanın liderliyi Yaxın Şərqi xilas edə bilər"
ABŞ-ın "Haffinqton Post" qəzetinin saytı Türkiyədəki 15 iyul uğursuz dövlət çevrilişi cəhdinin ardından prezidenti Ərdoğanın atdığı diplomatik addımların Yaxın Şərqə sülh gətirə biləcəyini yazıb.
"Uğursuz çevrilişdən sonra Ərdoğan, Yaxın Şərqdəki münasibətləri düzəldir" başlıqlı yazıda Türkiyə prezidentinin liderliyi ilə Yaxın Şərqdə yeni düzənin formalaşa biləcəyi bildirilir.
"Prezident Ərdoğanın fəal liderliyi sayəsində Türkiyə Yaxın Şərqdə sülhü formalaşdıran dövlət rolunu ələ ala bilər. Xüsusilə, Ankara - Moskva - Tehran xəttində yeni irəliləyişlər Suriyadakı müharibənin bitməsi üçün çox mühüm rol oynaya bilər. Ərdoğan Türkiyənin yenidən Yaxın Şərqin sülh təchizatçı rolunu yerinə yetirməsində ən böyük çətinliyi Səudiyyə Ərəbistanı və İran münaqişəsində yaşayacaq. Amma regionda bu iki ölkə ilə də güclü əlaqələrə malik yeganə ölkə olan Türkiyənin lideri Ərdoğan, Ər-Riyad və Tehranı daha konstruktiv yola çəkə bilər. Türkiyənin seçəcəyi yol, Yaxın Şərqin mövcud problemləri ilə baş-başa qalacağını yoxsa, rifaha və sülhə nail olacağını müəyyənləşdirəcək". (avropa.info)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu