“Cihad olsaydı, Vətənimizdə edərdik” – QMİ-nin şöbə müdiri
Bizi izləyin

Nida.az

“Cihad olsaydı, Vətənimizdə edərdik” – QMİ-nin şöbə müdiri

Azərbaycana qarşı olan düşmənçiliyini nümayiş etdirir. Bizim öz Vətənimiz var, o da Azərbaycandır. Əgər cihad olsaydı, biz öz Vətənimizdə edərdik. Bizim Suriyada nə işimiz var? Bütün bunlar Azərbaycanın düşmənlərinin addımlarıdır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının üzvü, İdarənin fətva şöbəsinin müdiri hacı Mirəziz Seyidzadə son vaxtlar cihad edib Suriyada döyüşməyə gedən azərbaycanlılarla bağlı məsələyə münasibət bildirib.

QMİ-nin şöbə müdiri hacı Mirəziz Seyidzadə Publika.Az-a açıqlamasında deyib: “Onlar deyirlər ki, guya cihad ediblər və sairə. Bütün bunlar cəfəngiyatdır. Nə cihad? Suriyada müxalifətlə hökumət vuruşur. Bunun bizə nə dəxli var? Azərbaycandan Suriyaya vuruşmağa vəhabilərin təhriki ilə gedirlər. Onlar guya cihad etdiklərini bəyan edirlər. Ümumiyyətlə, İslamda cihad anlayışı şəriyyət rəhbərliyinin əmri ilə olur. İndi Azərbaycanda həmin dindarkların cihad anlayışı yoxdur. Bu adamları Suriyaya göndərənlərin hamısı Vətən xainləridir. Onlar bizim cavanlarımızı, gənclərimizi yoldan çıxarıb ölümə göndərirlər”.

Şöbə müdiri bəyan edib ki, Qafqaz Müsəlmanları İdarəsi sözügedən şəxslərin bu addımlarını heç zaman müsbət qarşılamayıb və bundan sonra da qarşılamayacaq: “Çünki Suriyada baş verən hadisələrin Azərbaycana və Qafqaz Müsəlmanları İdarəsinə heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq bu cür adamlar bizim gənclərimizi yoldan çıxartmaqla Azərbaycana qarşı olan düşmənçiliyini nümayiş etdirir. Bizim öz Vətənimiz var, o da Azərbaycandır. Əgər cihad olsaydı, biz öz Vətənimizdə edərdik. Bizim Suriyada nə işimiz var? Bütün bunlar Azərbaycanın düşmənlərinin addımlarıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm