Nida.az
Elmar Məmmədyarov ABŞ konqresmenini qəbul edib
Cari ilin 19 aprel tarixində nazir Elmar Məmmədyarov ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət konqresmenləri qəbul edib.
Publika.az Xarici İşlər Nazirliyinə istinadən məlumat verir ki, görüş əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə ABŞ arasında əlaqələrin inkişaf etdirilməsində parlament diplomatiyasının və ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
Müxtəlif səviyyələrdə ABŞ nümayəndə heyətlərinin Azərbaycana səfərlərinin qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və ölkəmiz haqqında ABŞ-da daha dolğun təsəvvürün yaranmasına xidmət etdiyini qeyd edən nazir Elmar Məmmədyarov bu qəbildən olan səfərlərin intensivliyinin artırılmasının vacibliyini bildirmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında ABŞ nümayəndə heyətinə məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin həllinin regionun hərtərəfli inkişafına və regionda müəyyənliyin artmasına xidmət edəcəyini qeyd etmişdir.
Nazir Elmar Məmmədyarov Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşu dövlətlər ilə münasibətlərinin yüksək səviyyədə olduğunu xatırladaraq, Ermənistan ilə münasibətlərin qurulması üçün Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətindən əl çəkməli və ilk növbədə Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?