Nida.az
“Qurultay avtomatik təxirə salınacaq” - Müsavat meriyaya vaxt qoydu
“Bir həftə ərzində meriya müsbət cavab verməsə, qurultay avtomatik təxirə salınacaq”.
Bu barədə Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Tural Abbaslı Publika.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, qurultaya texniki hazırlıq üçün ən azı bir ay vaxt lazımdır: “Bu gündən hesablasaq qurultay üçün təyin olunan vaxta bir ay müddət qalıb. Bu baxımdan bir həftəyə müsbət cavab verilməsə qurultay avtomatik təxirə salınacaq. Təşkilat Komitəsi bununla bağlı toplaşıb qərar verəcək. Hələ ki, kritik bir həftə var, bunu gözləyirik”.
T. Abbaslı bildirib ki, BŞİH-ni onların sorğusuna cavab vermədiyi üçün məhkəməyə veriblər.
“Biz mayın 24-də qurultay keçirmək istəyimizlə bağlı fevral
ayından Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdik. Qanuna
görə meriya bizə 15 gün ərzində cavab verməli idi. Özümüz partiya
olaraq əvvəldən meriyaya müraciət etmişdik. Çünki qurultayın təyin
olunduğu gündən ən azı bir aydan çox vaxt lazımdır ki, prosedur
qaydalara uyğun texniki və digər məsələlər həll edilsin. Həmçinin
bəzi hüquqi məsələlər var ki, qurultay gününün dəqiq bilinməsinə
hesablanır. Amma təəssüf ki, bun günə qədər rəsmi cavab verilməyib.
Bununla bağlı 1 saylı iqtisadi inzibati məhkəməyə müraciətə olunub.
Şikayətimiz yer ayrılmamasından öncə, qanunda göstərilən müddətdə
cavab verilməməsi ilə bağlıdır”-deyə o bildirib.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR