Spiker: “Baronessa Koks atasını da tanımır”
Bizi izləyin

Nida.az

Spiker: “Baronessa Koks atasını da tanımır”

Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Bəxtiyar Əliyev Baronessa Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək haqqında fikirlərini tənqid edib.

Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Bəxtiyar Əliyev Baronessa Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək haqqında fikirlərini tənqid edib.

Publika.az xəbər verir ki, deputat B.Əliyev deyib ki, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Baronessa Koks Dağlıq Qarabağa gələrək separatçı rejimin əsgərləri qarşısında çıxış edərək bildirib ki, siz burada xristianlığı müdafiə edirsiniz: "Ancaq Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda isə tolerantlılıqdan danışırlar. Bu təhlükəli tendensiyadır".

Milli Məclis sədri Oqtay Əsədov millət vəkilinin şıxışına reaksiya verərək bildirib ki, artıq ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yeni formada dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə iş aparır: "Bu da ondan ibarətdir ki. ermənilər Ermənistan-Azərbaycan münaqişəsini dinə don geyindirərək təqdim etməyə çalışır. Mən bu yaxınlarda AŞPA-ya üzv ölkələrin parlament sədrlərinin toplantısında da çıxış edərək, Ermənistanın bu siyasəti haqqında məlumat verdim. Bildirdim ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır".

Britaniyalı parlamentarinin Bakıda səsləndirdiyi fikirlərə gəldikdə isə Oqtay Əsədov bildirib ki, "Baronessa Koks heç bilmir ki, atası kimdir. O, atasını da tanımır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm