Spiker: “Əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik”
Bizi izləyin

Nida.az

Spiker: “Əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik”

Milli Məclisin Sədri Oqtay Əsədov İordaniya Haşimilər Krallığı Senatının Sədri Abdur-Rauf Ravabdehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin Sədri Oqtay Əsədov İordaniya Haşimilər Krallığı Senatının Sədri Abdur-Rauf Ravabdehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, görüşdə spiker Bakıda ikinci dəfə görüşdüklərini qeyd edərək, qonağı yüksək vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib.

“Azərbaycanla İordaniya arasındakı münasibətlər yüksək səviyyədədir. Dövlət başçılarının keçirdikləri görüşlər, aparılan danışıqlar əlaqələrimizin hərtərəfli inkişafı üçün yaxşı zəmin yaradıbdır. Biz İordaniya ilə həyatın bütün sahələrində əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik”,- deyə spiker bildirib.

O. Əsədov parlamentlərin dövlətlərarası münasibətlər sistemində roluna diqqət çəkərək, deputatların qarşılıqlı səfərlərini yüksək dəyərləndirib. O, İordaniya Senatında Azərbaycanla qardaşlıq komitəsinin və Nümayəndələr Palatasında dostluq qrupunun fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib. Sədr Azərbaycan parlamentində də belə bir qrupun olduğunu söyləyərək, bunu hər iki tərəfin xoş niyyətinin ifadəsi kimi səciyyələndirib.

Görüşdə Dağlıq Qarabağ problemindən danışan sədr ölkəmizdə bir milyondan çox qaçqının olduğunu deyib. Ərazi bütövlüyü məsələsində Azərbaycanı dəstəklədiyinə görə İordaniya tərəfinə təşəkkür edib. Sədr qaçqınlar problemi ilə üzləşmiş İordaniyanın bu məsələdə Azərbaycanı yaxşı başa düşdüyünü vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İordaniya Haşimilər Krallığı Senatının Sədri Abdur-Rauf Ravabdeh ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldığını söyləyib. O, dövlət başçıları arasındakı səmimi münasibətin əlaqələrimizin daha da dərinləşməsinə müsbət təsir etdiyini deyib. Bildirib ki, iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanlar vardır.

Abdur-Rauf Ravabdeh parlamentlər səviyyəsində əməkdaşlığı daha da dərinləşdirməyin əhəmiyyətini qeyd edib.

Qəbulda Dağlıq Qarabağ məsələsindən söz açan qonaq problemin tezliklə aradan qalxacağına inamını ifadə edib. Ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, qaçqınların vəziyyətinin yaxşılaşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Nəriman Əliyev, Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov, İordaniya Senatında Azərbaycanla qardaşlıq komitəsinin sədri Mohammad Əl-Squr, Nümayəndələr Palatasında ölkəmizlə dostluq qrupunun sədri Nazem Qaşu, İordaniyanın Azərbaycandakı səfiri Adel Mohammad Adaileh və digər rəsmi şəxslər iştirak ediblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm