ADP və VİP birləşir: “Bununla bağlı komissiya yaradılıb”
Bizi izləyin

Nida.az

ADP və VİP birləşir: “Bununla bağlı komissiya yaradılıb”

ADP və VİP birləşir: “Bununla bağlı komissiya yaradılıb”

Azərbaycan Demokrat Partiyası (ADP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) birləşmək məsələsini müzakirə etmək üçün danışıqlara başlayıblar.

ADP sədri Sərdar Cəlaloğlu bu barədə yayılan məlumatı təsdiqləyib.

Publika.Az-a açıqlamasında partiya sədri qeyd edib ki, bununla bağlı iki partiya arasında komissiya yaradılıb: “Komissiyanın bir dəfə görüşü də olub, görüşdə partiyalararası əməkdaşlığın forması müzakirə olunub. Hələlik birləşmək kimi məsələlər müzakirə olunmur. Bu ideya müzakirə mərhələsindədir. Sadəcə olaraq yaranmış situasiyada partiyaların inteqrasiyası önə çəkilib. Lakin bu, müəyyən bir mərhələyə çatarsa, ən azından maraqların yaxınlaşması baş verərsə, niyə də olmasın”.

S. Cəlaloğlu hesab edir ki, çox partiyanın olmasına ehtiyac yoxdur.
“Azərbaycanda qeydiyyatdan keçmiş 50-yə qədər partiya var. Amma onların 2-3-ü daha aktivdir. Hesab edirəm ki, bu qədər partiyaya ehtiyac yoxdur”-deyə partiya sədri bildirib.

Qeyd edək ki, ADP hazırda “Qarabağ” blokunun tərkibində “Ümid” Partiyası ilə müttəfiqlik edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm