.jpg)
“Mitinq təxirə salınmayıb, sadəcə vaxtı dəyişdirilib”.
Bu barədə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Publika.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, NİDA-çıların məhkəməsi bu həftə olduğu üçün mitinqin vaxtının gələn həftəyə dəyişdirilməsi barədə ümumi qərar qəbul olunub.
A. Hacılı qeyd edib ki, mitinq “Siyasi məhbuslara azadlıq” şüarı ilə keçiriləcək: “Bu istiqamətdə maraqlı olan bəzi hüquq müdafiəsi ilə məşğul ola ictimai təşkilatlarla məsləhətləşmələr aparmışıq. Siyasi partiyalar və digər təşkilatlar arzu edərlərsə mitinqə iştirak edə bilərlər”.
Müsavat rəsmisi bildirib ki, mitinqin “Məhsul” stadionunda
keçirilməsi ilə bağlı müraciət etmək niyyətləri var.
“Bu məkan faktiki olaraq hakimiyyətlə müxalifət arasında kompromis
variantdır. Yəqin ki, hökumət mitinqin burda keçirilməsinə icazə
verəcək”-deyə A. Hacılı bildirib.
Asif