Nida.az
Türkiyəli nazir BTQ-nin istismara veriləcəyi tarixi açıqlayıb
Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun birinci xəttinin 2017-ci ilin əvvəlində istismara veriləcəyini gözləyir.
Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.
Onun sözlərinə görə, dəmir yolunun ikinci xətti gələn il ərzində istifadəyə veriləcək.
Türkiyəli nazir deyib ki, BTQ dəmir yolu həm Azərbaycan, həm də Türkiyə üçün çox vacib layihədir: “BTQ Azərbaycan və Türkiyəni kəsintisiz dəmir yolu ilə bağlayacaq. Bu layihə həm də ona görə vacibdir ki, o, Azərbaycan və Türkiyənin regionun digər ölkələri ilə ticarət münasibətlərinin daha da inkişaf etməsinə səbəb olacaq. Bu layihə vasitəsilə yüklər Türkiyədən keçməklə Azərbaycandan Avropaya daşınacaq. Bundan başqa Avropadan yüklər Bakıda tikilməkdə olan Beynəlxalq Dəniz Limanı vasitəsilə Orta Asiyaya çatdırılacaq.”
Ə.Arslan bu layihəyə Çin, Qazaxıstan, Türkmənistan, Gürcüstan və Avropa ölkələrinin də ehtiyacının olduğunu deyib.
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ