KXCP Milli Şuradan istefa verdi
Bizi izləyin

Nida.az

KXCP Milli Şuradan istefa verdi

KXCP Milli Şuradan istefa verdi KXCP Milli Şuradan çıxdığını rəsmən bəyan edib.

KXCP Milli Şuradan istefa verdi KXCP Milli Şuradan çıxdığını rəsmən bəyan edib.

Publika.Az xəbər verir ki, bir neçə saatdır davam edən sessiyada gərgin anlar yaşanıb. KXCP sədri Mirmahmud Mirəlioğlu quruma yeni üzvlərin qəbulu zamanı AXCP üzvlərinin Milli Şuraya qəbul edilməsinə etiraz edərək partiya olaraq qurumdan istefa verdiklərini bəyan edib. O qeyd edib ki, istefa versələr də partiyanın qərargahı sessiyaların keçirilməsi üçün Milli Şuraya açıqdır.

Daha sonra onların getməməsi üçün çağırışlar olsa da, M. Mirəlioğlu buna da sərt reaksiya verib. AXCP sədri Əli Kərimli isə üzvlüyə təklif etdiyi adamların Milli Şuranın işində fəal iştirak etdiklərini deyib. Qeyd edib ki, lazım gələrsə, onların bəzilərinin namizədliyini geri götürə bilər:

“Partiyanın Rəyasət Heyətinin üzvü Məhəmməd Talıblının namizədliyini geri çəkirəm. Məhəmməd bəy partiya rəhbərliyində təmsil olunur. Qənimət Zahidin namizədliyini geri götürə bilərik. Bizim burada heç bir şəxsi, qrup marağımız yoxdur. İndi doğrudanmı KXCP-nin buradan çıxmasına səbəb yeni üzvlərin qəbul edilməsidir? Əgər səbəb budursa, yeni üzvlərin qəbulu dayandırıla bilər. İstəmirik KXCP Milli Şuradan getsin”.

C. Həsənli isə deyib ki, quruma yeni üzvlərin qəbulu məsələsi Koordinasiya Mərkəzində müzakirə olunub və hər şey razılaşdırılıb:

“Əgər məsələni müzakirə edən zaman Mirmahmud Mirəlioğlu etiraz etsəydi, onda biz anlayardıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm