Partiya sədri Rusiyaya simpatiya bəsləməkdə ittiham olundu
Bizi izləyin

Nida.az

Partiya sədri Rusiyaya simpatiya bəsləməkdə ittiham olundu

Partiya sədri Rusiyaya simpatiya bəsləməkdə ittiham olundu

Partiya sədri Rusiyaya simpatiya bəsləməkdə ittiham olundu


Azərbaycanlı generalın Rusiyaya qaçdığı məlumatını yayan hərbi ekspert Üzeyir Cəfərov Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin onu qeyri-ciddi adlandırmasına sərt cavab verib.

Publika.Az xəbər verir ki, hərbi ekspert bu məsələni Rusiya-Ukrayna münasibətləri kontekstində qabardıb: “Son vaxtlar Rusiya Ukrayna münasibətləri kontekstində biz bu məsələyə diqqət yönəldərək, ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı vacib sahələrin etibarlı əllərdə olmasını önə çəkdik və yalnız məqsədimiz də bu amal və istək idi. Bu gün səhər saatlarında mənə Moskvadakı tələbə yoldaşlarım məlumat verdilər ki, Azərbaycan ordusunun generalı Bağır Fətullayevin ardınca MN-nin rəhbərliyinin xüsusi xahişi və onun məsuliyyətə cəlb edilməyəcəyi ilə bağlı zəmanətlə birgə elçi göndərilib, dünən Azərbaycana qaytarmağa müvəffəq olublar. Mən bu gün bu məsələni onsuz da gün ərzində ictimailəşdirmək istəyirdim ki, dostlar mənə şəxsən mənim üçün sensasion bir məlumat verdilər. Azərbaycanda adı olub, özlərinin hansı mənsəbə, hansı əqidəyə xidmət etməsi bilinməyən çoxsaylı partiyalardan birinin rəhbərinin ucuz bir açıqlamasına rast gəldim”.

Ardınca V. Hacıbəylinin dediklərinə toxunana hərbi ekspert partiya sədrinə qarşı ittihamlar səsləndirib: “Şəxsən mən Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin yerinə olsaydım, susardım. Əvvəla, Siz Azərbaycan siyasətində olan və özünüzü bu millət və xalq üçün hansısa işlər görmək istəyən şəxs kimi təqdim edirsinizsə, zəhmət olmazsa, bir qədər ciddi işlərlə məşğul olun. Görünür, sizin və yəqin ki, sizin özünüzdən və bir neçə nəfər qohum-əqrəbadan ibarət olan partiyanızda Rusiyaya qarşı xüsusi simpatiya vardır ki, indi bu məsələdə “biz də varıq” prinsipi ilə göstərmək istəyirsiniz. Siz, əgər doğurdan da əsl Azərbaycan siyasətçisi, vətənpərvər şəxs kimi ölkəmizi ürəkdən sevirsinizsə, nə əcəb hansısa “köhnə tanışlarından biri zəng vurub general Bağır Fətullayevin guya ölkədən qaçması barədə yazılanlardan gileylənib” ifadəsini dilinizə gətirirkən ona sual vermədiniz ki, ay filankəs müəllim nə əcəb bu Bağır Fətullayev Qarabağ savaşının ən ağır dönəmlərində Moskvada Baş Ştabda (ifadə Sizə məxsusdur, Vaqif Hacıbəyli) oturub ölkəsinə köməyə gəlmədi, indi 2012-ci ildə Vətən yadına düşdü? Mən ən xırda detallara varmaq istəmirəm, sadəcə bir kəlmə ilə deyəcəyəm ki, Rusiya Federasiyasının generalı olmaq üçün Azərbaycanlı hansı şərtlərdən keçməlidir və ona hansı sənədlərə imza atdırırlar. Siz əgər bunu bilmirsinizsə, gedin o köhnə tanışınızdan və onun yaxın çevrəsindən soruşun. İndi, görünür ifşa mərhələsi çatıb deyə, Vaqif Hacıbəyli cənabları və hansısa mücərrəd tanışları ortalıqda peyda olublar və məni nədəsə ittiham edirlər. Qoy adı olub, özü Azərbaycan siyasətində görünməyən Əhrar Partiyasının rəhbəri Vaqif Hacıbəylinin diqqətinə bir məqamı da çatdırım. Əgər Siz özünüzü kifayət qədər ciddi və obyektiv siyasətçi sayırsınızsa, nə əcəb mənim bir qədər əvvəl generalın niyə məhz son illər Azərbaycan ordusuna gətirilməsinin səbəbləri ilə maraqlanmadınız, niyə onun gənc general olmasına rəğmən layiq olduğu vəzifəyə qoyulmaması ilə və onlarla digər ciddi məsələlərlə kökündən maraqlanmadınız? Sizin tanışınızın tanışı məgər özü Azərbaycan mətbuatı ilə əlaqə yarada bilmirdi ki, siz sufliyor kimi onun sözünü səsləndirir, hələ üstəlik də məni hansısa qərəzdə suçlayırsınız? Şükürlər olsun ki, Azərbaycan mətbuatı sizi də “dahi bir siyasətçi” kimi, məni də öz gündəlik hərbi-siyasi mövzularımla mətbuatda çıxış etməyimlə, ölkəmiz və Silahlı Qüvvələrimiz üçün vacib olan aktual məsələləri ictimailəşdirməklə fəaliyyət göstərən şəxs kimi tanıyır.

Sizi tam əmin edirəm ki, mənim nə Sizin ciddi cəhdlə təriflədiyiniz, lakin Azərbaycan üçün ən ağır dönəmdə heç nə etməyən rus generalı Bağır Fətullayevin hazırda Azərbaycan dövlətindən aldığı kifayət qədər böyük məvacibində, nə də onun digər imtiyazlarında heç bir marağım olmayıb və ola da bilməz. O da sizin yerliniz, əslən Şəkidən olan, anası erməni millətindən olan polkovnik Seyran Qaffarov da, hansı ki, Xocalı soyqırımı zamanı Zaqafqaziya Hərbi Dairəsində oturub ruslara və ermənilərə Azərbaycanlıları məhv etməkdə bir növ kömək etmiş bir şəxs də bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasında, sizin sevimli generalınız Bağır Fətullayevlə bir yerdə hansı “strateji işlərlə” məşğuldurlar. Ay mənim xalqını “sevən siyasətçim” Vaqif Hacıbəyli, bu suallar ətrafında ciddi-ciddi düşünün”.

Ü. Cəfərli partiya sədrinə ünvanlanan ittihamında qeyd edib ki, hörmətli Vaqif Hacıbəyli cənabları, həm özünü, həm də varlığı ilə yoxluğu bilinməyən, özü üçün bir şirma kimi müdafiə məqsədi güdən, əslində isə kimlərinsə əlində alət olan partiyası ilə gündəmə gəlməyə çalışır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm